Bu məşhurlar konsertlərə oxşarlarını göndərirlər
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünya şöhrətli ulduzların bəziləri konsert, məşq və ictimai tədbirlərdə özlərinə bənzəyən insanlardan istifadə etdiyi bildirilir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, belə dublyorlar əsasən təhlükəsizlik, texniki məşqlər və məşhurların istirahət etməsi üçün istifadə olunur.
Məlumata görə, Beyons böyük şoulardan əvvəl keçirilən texniki məşqlərdə dublyorlardan yararlana bilər. Müğənni istirahət edərkən ona bənzəyən şəxs səhnədə dayanır, operatorlar kameraları, texniki heyət isə işıqlandırmanı həmin şəxs üzərində tənzimləyir.
Eminem isə illərdir oxşarlarından istifadə etməsinin əsas səbəbinin təhlükəsizlik olduğu bildirilir. Belə şəxslər kütləvi tədbirlər zamanı diqqəti yayındırmaq və sənətçinin təhlükəsiz hərəkətini təmin etmək üçün istifadə oluna bilər.
Cennifer Lopezin isə rəqs dublyorlarından istifadə etdiyi deyilir. Müğənni vokal üzərində işləyərkən, geyimlərini sınaqdan keçirərkən və ya istirahət edərkən ona fiziki cəhətdən bənzəyən rəqqas səhnədə məşqləri davam etdirir.
Məşhurların dublyorlardan istifadə etməsi hər zaman tamaşaçını aldatmaq məqsədi daşımır.
Baxış sayı:101
Bu xəbər 24 Avqust 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















