Bu metronun qarşısında işıqforlar quraşdırıldı Foto
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsində 2 ədəd işıqfora yeni piyada bölmələri quraşdırılıb.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bununla da metronun “Elmlər Akademiyası” stansiyasından istifadə edən şəxslərin daha çox üstünlük təşkil etdiyi bu kəsişmədə piyadalar üçün təhlükəli vəziyyətin yaranmasının qarşısı alınıb.
Həmçinin Nəsimi rayonu, Asif Məhərrəmov küçəsinin Mir Cəlal küçəsi ilə kəsişməsində də 2 ədəd əlavə dirəklər olmaqla, 4 ədəd piyada işıqforu quraşdırılıb.

Bu küçələrdə yeni işıqforlar quraşdırıldı FOTO
14 Yanvar 2025 22:30
Bu ərazidə müvəqqəti işıqforlar quraşdırıldı
21 Noyabr 2024 15:15
Bakıda velosipedçilər üçün yeni işıqforlar quraşdırıldı FOTO
12 Mart 2025 17:59
Bu işıqforlar Bakıda ilk dəfə quraşdırıldı VİDEO
07 Noyabr 2024 14:16

