Bu mexanizmin əsas məqsədi dezinformasiya axınının qarşısını almaqdır
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Media və yayım sahəsində vahid dövlət qurumunun yaradılması təklif olunur. Söhbət Media və Yayım Şurasından gedir. Media sahəsində vahid qurumun fəaliyyət göstərməsi nəzərdə tutulur. Qanunvericiliyə edilən dəyişikliyə görə, bu qurumun yeni səlahiyyətləri olacaq. Səlahiyyətlər arasında biri xüsusi diqqət çəkir.
Bu dezinformasiyanın yayılması risklərinin azaldılması və nəticələrinin minimuma endirilməsi məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə operativ əlaqələndirmə mexanizmlərini qurmaq və fəaliyyətini təmin etməkdir.
Bu xüsusilə çox vacibdir. Bu mexanizm necə təsəvvür olunur?
“Demokrat.az” xəbər portalının direktoru, "Ekoloji Dayanıqlılıq və Təbiətin Qorunması" İctimai Birliyinin sədri Vasif Həsənli baki-xeber.com-a bildirdi ki, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır.
“Bununla bağlı məsələ “Media haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şuranın vahid qurum altında birləşdirilərək Media və Yayım Şurasının yaradılmasını müsbət qiymətləndirirəm. Düşünürəm ki, bu addım Azərbaycan mediasının inkişafında yeni müsbət mərhələnin başlanğıcı olacaq. Çap, onlayn media resursları və teleradio yayımçılarının fəaliyyətinin eyni platformada tənzimlənməsi müasir informasiya mühitinin reallıqlarından irəli gələn zərurətdir.
Bu gün media sahələri arasındakı sərhədlər sürətlə aradan qalxır. Artıq qəzetlər və xəbər saytları da telekanallar kimi videoməzmun istehsal edir. Hazırda televiziya kanalları rəqəmsal platformalarda fəaliyyət göstərir, sosial media isə informasiya dövriyyəsinin ayrılmaz hissəsinə çevrilib. Belə şəraitdə müxtəlif media resurslarının ayrı-ayrı qurumlar tərəfindən idarə olunması müəyyən koordinasiya problemləri yarada bilər”.
V.Həsənli hesab edir ki, bu baxımdan yeni qurumun yaradılması vahid media siyasətinin həyata keçirilməsinə, idarəetmədə çevikliyin artırılmasına və resurslardan daha səmərəli istifadəyə imkan verəcək.
“Dezinformasiya ilə bağlı risk yarandıqda və ya cəmiyyətdə yanlış məlumat sürətlə yayıldıqda isə düşünürəm ki, Media və Yayım Şurası aidiyyəti dövlət qurumları ilə operativ əlaqəyə keçərək məlumatın doğruluğunu qısa müddətdə dəqiqləşdirir və ictimaiyyətə dəqiq mövqenin çatdırılmasını koordinasiya edə biləcək. Şübhəsiz ki, sözügedən mexanizmin əsas məqsədi senzura yaratmaq deyil, əksinə, dezinformasiya axınının qarşısını almaq, etibarlı məlumatın daha sürətli yayılmasını təmin etmək və dezinformasiyanın cəmiyyətə, dövlətə və vətəndaşlara vurduğu zərəri minimuma endirməkdir. Əminəm ki, yeni yaradılacaq Media və Yayım Şurası bu işin öhdəsindən uğurla gələ biləcək” , - deyə V.Həsənli qeyd edib.
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Trampın əsas məqsədi Nobel sülh mükafatını almaqdır
02 Oktyabr 2025 10:51
Ağ Evin əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır Vens
13 Aprel 2026 08:56
Rəsmi Pekin: Əsas vəzifə gərginliyin artmasının qarşısını almaqdır”
07 May 2025 17:40
“Əsas vəzifə inkişaf tempində dalğalanmaların qarşısını almaqdır” Millət vəkili
16 İyun 2026 10:34
Bu addımın əsas məqsədi...
15 Yanvar 2025 23:36
Baxış sayı:98
Bu xəbər 16 İyun 2026 17:47 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları