Icma.az
close
up
RU
“Bu, millətin təhlükəsiz gələcəyinə qoyulan sərmayədir”

“Bu, millətin təhlükəsiz gələcəyinə qoyulan sərmayədir”

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“2026-cı il büdcəsində müdafiə və milli təhlükəsizlik üzrə 8 milyard 714,8 milyon manatlıq xərclər (xüsusi çəkisi 20,9 faiz) Azərbaycanın daxili sabitliyini, müdafiə qabiliyyətini və regional təhlükəsizlik siyasətini gücləndirməyə yönəlib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

“Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib. Lakin bu gücü qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürmək üçün təhlükəsizlik sahəsinə investisiya artırılmalıdır. Biz elə bir dövrdə yaşayırıq ki, təhlükəsizlik anlayışı artıq yalnız sərhədlərin qorunması və hərbi müdafiə ilə məhdudlaşmır. Bu gün təhlükəsizlik həm də informasiya müharibələrinə qarşı mübarizə, kiberməkanda müdafiə, enerji və kommunikasiya infrastrukturlarının qorunması, ictimai sabitliyin və daxili asayişin təminatı deməkdir.

2026-cı ildə təhlükəsizlik büdcəsinin artırılması həm də kibertəhlükəsizlik, sərhəd mühafizəsi, xüsusi xidmət orqanlarının texniki təchizatının yenilənməsi, daxili təhlükəsizlik və fövqəladə hallar sistemlərinin gücləndirilməsi istiqamətlərində atılacaq real addımlar üçün hüquqi və maliyyə bazası yaradacaq”, - o qeyd edib.

A.Nağıyev əlavə edib ki, bu artım müdafiə sənayesinin inkişafına, yerli istehsalın genişlənməsinə və milli texnoloji potensialın yüksəlməsinə xidmət edəcək: “Biz artıq silah və sursat idxal edən yox, müəyyən sahələrdə ixrac potensialı yaradan bir dövlətə çevrilirik.

Unutmamalıyıq ki, təhlükəsizlik - iqtisadi inkişafın, sosial rifahın, vətəndaş məmnunluğunun və dövlətin sabitliyinin əsas təminatıdır. Təhlükəsizliyin zəiflədiyi yerdə nə iqtisadi tərəqqi, nə də sabitlik mümkündür.

Təhlükəsizlik büdcəsinə əlavə vəsait ayrılması dövlətin maliyyə yükünün artırılması deyil, əksinə, millətin təhlükəsiz gələcəyinə qoyulan sərmayədir. Bu baxımdan mən 2026-cı il üçün tTəhlükəsizlik büdcəsinin artırılmasını tam şəkildə dəstəkləyir və hesab edirəm ki, bu qərar dövlətimizin müstəqilliyini, sabitliyini və suverenliyini daha da gücləndirəcək”.

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri