Bu milyarderin də gizli arvadı tapıldı Özündən 47 yaş kiçik
Icma.az bildirir, Publika.az portalına istinadən.
80 yaşlı milyarder Larri Ellisonun 33 yaşlı "gizli" arvadının olduğu üzə çıxıb.
Puvlika.az xəbər verir ki, bu barədə "Daily Best" nəşri yazıb.
Məlumata görə, Miçiqan Universitetinin futbol azarkeşləri milyarderə və onun həyat yoldaşı "Colin"ə açıq şəkildə təşəkkür edərək Ellisonu ələ veriblər. Cütlük ABŞ futbolunun parıldayan ulduzunu komandaya cəlb etməyə kömək edib.
Qeyd edilir ki, milyarderin evliliyi ilə bağlı rəsmi məlumatlar yoxdur. Jurnalistlər aşkar ediblər ki, "Colin" adı altında Miçiqan Universitetinin 33 yaşlı məzunu Kejen Çju gizlənir.
Xatırladaq ki, bundan əvvəl "Forbes"un yazdığına görə, "Oracle" korporasiyasının təsisçilərindən biri və direktorlar şurasının sədri Larri Ellison planetin ən varlı adamları siyahısında ikinci yeri tutub.
206,5 milyard dollar sərvəti ilə Ellison "Amazon"un qurucusu Ceff Bezosu (202,9 dollar) qabaqlayıb. Həmçinin vurğulanır ki, "Oracle" rəhbərinin sərvəti sutkada 8,8 milyard dollar artıb. Reytinqin lideri isə "SpaceX" şirkətinin rəhbəri İlon Mask olaraq qalır. "Forbes" onun sərvətini 250,8 milyard dollar dəyərində qiymətləndirir. (oxu.az)
Baxış sayı:80
Bu xəbər 06 Dekabr 2024 08:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















