Icma.az
close
up
RU
Bu model nəqliyyatda ədalətlilik elementinin formalaşmasına imkan yaradır ŞƏRH EDİLDİ

Bu model nəqliyyatda ədalətlilik elementinin formalaşmasına imkan yaradır ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Metrolarda tariflərin məsafəyə görə müəyyənləşdirilməsi dünyanın müxtəlif şəhərlərində tətbiq olunan və özünü müəyyən mənada doğrultmuş modellərdən biridir. Bu yanaşmanın əsas hədəfi sərnişinlərin istifadə etdiyi real məsafə və resurs sərfi əsasında ödəniş mexanizmi qurmaqdır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov deyib.

Onun sözlərinə görə, nəzəri olaraq bu model həm nəqliyyat sisteminin maliyyə dayanıqlığını artırır, həm də sərnişin axınlarının daha düzgün tənzimlənməsinə imkan yaradır: "Bu yanaşmanın müsbət tərəflərindən biri ondan ibarətdir ki, qısa məsafə qət edən sərnişinlər daha az ödəniş edir və nəticə etibarilə sistemdə ədalətlilik elementi formalaşır. Eyni zamanda, məsafə əsaslı tariflər nəqliyyat operatorlarına gəlirləri daha şəffaf proqnozlaşdırmağa, investisiya planlamasını düzgün qurmağa və tələbatı analiz etməyə şərait yaradır. Nəticə etibarilə, metro kimi yüksəkkapasitəli sistemlərdə xətt yüklənmələrinin optimallaşdırılması və müəyyən stansiya istiqamətlərində tıxac risklərinin azaldılması mümkündür. Bununla yanaşı, modelin sosial aspektləri də nəzərə alınmalıdır. Uzun məsafələrdən istifadə edən sərnişinlər xüsusən şəhər kənarında yaşayan əhali daha çox ödənişlə üzləşə bilər. Bu isə sosial ədalətlilik baxımından əlavə mexanizmlərin, məsələn, güzəştli tariflərin və xüsusi kateqoriyalar üçün subsidiyaların tətbiqini gündəmə gətirir. Dünya praktikasında tələbələr, pensiyaçıar, əlilliyi olan şəxslər və müəyyən sosial qruplar üçün kompensasiya mexanizmlərindən geniş istifadə olunur.

Məsafəyə əsaslanan tarif modeli həm texniki, həm iqtisadi, həm də sosial baxımdan çoxmərhələli yanaşma tələb edən bir prosesdir. Bu addım təkcə tarif mexanizminin dəyişdirilməsi deyil, həm də ümumi nəqliyyat idarəçiliyinin modernləşdirilməsi anlamına gəlir. Əgər tətbiq düzgün planlaşdırılarsa, bu dəyişiklik nəqliyyat sisteminin maliyyə sabitliyinə, xidmət keyfiyyətinə və sərnişin məmnuniyyətinə müsbət təsir göstərə bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Yanvar 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri