Icma.az
close
up
RU
Bu mövsüm qola həsrət qalan ulduzlar

Bu mövsüm qola həsrət qalan ulduzlar

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Həm təqvim ili, həm də futbol mövsümünün ilk dövrəsi başa çatmaq üzrədi. 2024/25 heç də bütün ulduzlar üçün məhsuldarlıq baxımından uğurlu keçmir.

Məsələn, böyük ümidlərlə “Real”a yollanan Kilian Mbappe, eləcə də Lautaro Martines, Artyom Dovbik kimi futbolçulardan indikindən daha çox məhsuldarlıq gözlənilirdi. Amma bu sadaladığımız futbolçular heç olmasa, qol vurmağı bacarıblar. Bu yazıda haqqında bəhs edəcəyimiz ulduzlar isə bu mövsüm, ümumiyyətlə, daxili çempionatda qola həsrətdilər.
Timo Verner (Tottenhem)
Almaniyalının faciəvi məhsuldarlıq sərgiləməsi artıq futbol ictimaiyyəti üçün yenilik deyil. Verner 2020/21-də “Çelsi”yə keçəndən bəri artıq bombardir sayılmır. Düzdü, həm “Leyptsiq”ə qayıdandan, həm də “Tottenhem”ə keçəndən sonra ara-sıra qol sevinci yaşayırdı. Amma bu mövsüm premyer-liqada sanki Verner özü yox, onun kölgəsi oynayır. O, 15 qarşılaşmada ümumilikdə 412 dəqiqə meydanda olub. Bu müddətdə 3 məhsuldar ötürmə versə də, qol hesabını aça bilməyib.
Cek Qriliş və Savinyo (Mançester Siti)
Əslində bu siyahıda Fil Foden də yer ala bilərdi. Amma ulduz futbolçu bir neçə gün öncə “Aston Villa” ilə oyunun son saniyələrdinə fərqlənməklə komandasının məğlubiyyətinə bir balaca rəng qatdı. Qriliş ilə Savinyo isə qol baxımından bu mövsüm hələ də “Siti”yə fayda verməyiblər. Halbuki Qriliş bu mövsüüm artıq 15 oyun keçirib və 572 dəqiqə meydanda olub. Cek nəinki bu mövsümün ilk yarısını, bütövlükdə təqvim ilini qolsuz tamamlamaq üzərdi. Çünki o, klub səviyyəsində son qolu ötən ilin dekabrında vurub! Savinyo isə ötən mövsüm “Jirona”da qolları asanlıqla sıralayırdı. Amma premyer-liqada 15 oyunda 824 dəqiqə meydanda olmasına baxmayaraq, hələ də qol hesabını aça bilməyib. Əslində “Siti”nin qəfil enişinin səbəblərindən biri də futbolçuların məhsuldarlığının aşağı düşməsidi. Təsəvvür edin, son oyuna qədər premyer-liqada Holanndan (13) sonra komandanın ikinci bombardiri hesabında 4 qol olan Qvardiol idi. Bernardo Silva da son turda fərqlənməklə 4-cü qolunu vurdu.
Kristian Eriksen və Meyson Maunt (Mançester Yunayted)
Düzdü, bu futbolçular bombardir deyil. Amma məsələn, Munt “Çelsi”də keçirdiyi 4 mövsüm ərzində premyer-liqada 27 qol vurmuşdu. “Yunayted”də o, 22 qarşılaşmada yalnız bir dəfə fərqlənib. Həmin qolu da ötən mövsüm vurub. Bu mövsüm 248 dəqiqə ərzində onun hesabında nə qol var, nə də məhsuldar ötürmə. Eyni sözlər 536 dəqiqə oynayan Eriksenə də aiddi. Halbuki danimarkalı ulduz “Tottenhem”də ən yaxşı vaxtlarında hər mövsüm orta hesabla 8-10 qol vururdu. Amma məhz elə “Tottenhem”dən ayrılandan sonra onun karyerasının eniş dövrü başladı.
Eddi Nkretia (Kristal Pelas)
Çoxlarınız dərhal “Nketia hara, ulduz hara” sualını verəcəksiz. Bu fikirlə razılaşmamaq mümkün deyil. Bu futbolçunun bu siyahıya düşməsinin yeganə səbəbi “Kristal Pelas”ın ona görə “Arsenal”a 29,7 milyon funt sterlinq ödəməsidi. Gəlin, etraf edək ki, heç də az məbləğ deyil. 25 yaşlı forvard yeni klubunda Liqa kubokunda artıq iki dəfə fərqlənsə də, premyer-liqada 12 oyunda meydanda olduğu 577 dəqiqə ərzində qol vurmayıb. Halbuki ötən mövsüm o, “Arsenal”da heç olmasa, 5 qol vurmuşdu.
Olivye Jiru (Los Anceles)
“Milan”da böyük iz buraxaraq Amerikaya yollanan ünlü futbolçunun okeanın o tayında işləri yaxşı getmir. Bu məqamda onun 38 yaşının olduğunu xatırlatmaq istəyənlərə biz də xatırladaq ki, Jiru ötən mövsüm A seriyası kimi çətin turnirdə 15 qol vuraraq Viktor Osimhenlə birlikdə bombardilər yarışında 3-cü yeri tutmuşdu. Və ya onunla həmyaşıd olan Edin Ceko Türkiyədə qolları sıralamağı bacarır. Jiru isə MLS-də 14 oyunda meydanda olduğu 851 dəqiqə ərzində hələ də qol hesabını aça bilməyib.
Luka Modriç (Real)
Xorvatiyalı superulduz zatən ən güclü dönəmində - “Qızıl top”u qazandığı vaxtlarda da heç vaxt məhsuldarlığı ilə fərqlənmirdi. Üstəlik nəzərə alaq ki, o, artıq “Real”da rotasiya futbolçusu kimi istifadə olunur. Sadəcə, fakt kimi qeyd edək ki, Modriç bu mövsüm La Liqada 18 qarşılaşmada meydanda olduğu 823 dəqiqə ərzində qol vura bilməyib. 2005-ci ildən, yəni Zaqreb “Dinamo”sunda oynadığı dönəmdən bəri Modriçin daxili çempionatda qol vurmadığı mövsüm yoxdu! Bu seriyanın bu mövsüm qırılmaq ehtimalı yüksəkdi.
Keleçi İheanaço (Sevilya)
28 yaşlı nigeriyalı forvard son illərdə “Lester”in heyətində yüksək məhsuldarlıq sərgiləməsə də, hər mövsüm ən azı 4-5 qol vurmağı bacarırdı. “Sevilya”da o, kubokda aşağı liqa təmsilçiləri ilə oyunda 3 dəfə fərqlənib. Amma La Liqa sanki onluq deyil. İheanaço bu turnirdə 9 oyunda 401 dəqiqə meydanda olub və hələ də qol hesabını aça bilməyib. Halbuki onun “Mançester Siti”də 8, “Lester”də 12 qol vurduğu mövsümlər olub.
Mövzunu qola həsrət qalan digər tanınmış futbolçularla tamamlayırıq. Amma onlar bu mövsüm ya zədə, ya məşqçinin etimad göstərməməsi, ya da Mixail Mudrikdə (“Çelsi”, 7 oyun, 145 dəqiqə) olduğu kimi, dopinq üzündən demək olar, oynamayıblar.
Onları qeyd etməmək düzgün olmaz: Rahim Sterlinq (“Arsenal”, 6 oyun, 146 dəqiqə), Federiko Kyeza (“Liverpul”, 1 oyun, 18 dəqiqə), Rişarlison (“Tottenhem”, 5 oyun, 88 dəqiqə), Antoni (“Mançester Yunayted”, 5 oyun, 76 dəqiqə), Ansu Fati (“Barselona”, 4 oyun, 125 dəqiqə), Qavi (“Barselona”, 10 oyun, 256 dəqiqə), Xames Rodriges (“Rayo Valyekano”, 6 oyun, 135 dəqiqə), Cakomo Raspadori (“Napoli”, 8 oyun, 254 dəqiqə), Mehdi Taremi (“İnter”, 10 oyun, 232 dəqiqə), Marko Arnautoviç (“İnter”, 5 oyun, 66 dəqiqə), Duqlas Luis (“Yuventus”, 8 oyun, 293 dəqiqə), Luka Yoviç (“Milan”, 3 oyun, 78 dəqiqə), Mario Balotelli (“Cenoa”, 6 oyun, 56 dəqiqə).
"Football-plus.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Yanvar 2025 00:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri