Bu müayinə icbari tibbi sığorta hesabına qarşılansın TƏKLİF
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov xərçəng hüceyrələrinin müəyyən edilməsində istifadə olunan Pozitron Emissiya Tomoqrafiyası (PET) xərclərinin icbari tibbi sığorta təminatına alınmasını təklif edib.
"Unikal"ın məlumatına görə, komitə sədri bu təkliflə parlamentdə 2025-ci ilin büdcə zərfinin müzakirəsi zamanı çıxış edib.
“Son həddə dəqiq diaqnozun qoyulmasında vacib müayinə üsulu sayılan PET müayinə üsulu təəssüf ki, Azərbaycanda icbari tibbi sığorta təminatına alınmayıb. Bu müayinə üsulunun maliyyə tutumu 1200-1500 manat arasındadır. İstərdim ki, bu müayinə üsulunun gələcəkdə icbari tibbi sığorta hesabına qarşılanması təmin edilsin”, - Ə.Əmiraslanov qeyd eidb.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 19 Noyabr 2024 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















