Icma.az
close
up
RU
Bu müğənnilər məni sənətdən iyrəndirir!” Toya gedib camaatı aldadırlar

Bu müğənnilər məni sənətdən iyrəndirir!” Toya gedib camaatı aldadırlar

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər sosial şəbəkələrdə yayılan görüntülər böyük rezonans doğurub. Müğənni Nəfəsin konsert zamanı canlı ifa edə bilməməsi izləyicilərin tənqidinə səbəb olub. Sosial media istifadəçiləri ifanın keyfiyyətsizliyindən narazı qalaraq, fonoqramla səhnəyə çıxan sənətçilərə qarşı sərt mövqe nümayiş etdiriblər. İzləyicilər haqlı olaraq sual edirlər: “Toylarda yarım saat üçün 5 min manat qonorar alan biri niyə canlı oxuya bilmir?”. Bu hadisə sənətdə keyfiyyətin və peşəkarlığın nə qədər önəmli olduğunu bir daha gündəmə gətirib.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan müğənni Cavad Rəcəbov bildirib ki, sənətdə uzun illərin təcrübəçisi olaraq bu acınacaqlı vəziyyətə görə məyus olur:

“Mən artıq 60 ildir sənətdəyəm. 13-14 yaşlarımdan çadır toylarda iştirak etmişəm. O vaxtlar mikrafon belə yox idi, amma biz saatlarla canlı ifa edirdik və bu təcrübə məni gücləndirdi. Sonralar, 70-ci illərin əvvəllərində mikrafon istifadəsi başladı və işimiz bir qədər yüngülləşdi, amma yenə də toylarda canlı ifa etməyə davam etdik. İndi isə vəziyyət çox acınacaqlıdır. Toya gedib fonoqrama oxuyan sənətçilər çoxdur. Hətta bəzi xanım müğənnilər yarım saat üçün 5 min manat qonorar alır, amma bütün toyu fonoqrama ilə keçirirlər. Bəzi toy sahibləri buna göz yumur, bəziləri isə etiraz edir. Onlar deyir ki, pulumu vermişəm, məclis boyunca canlı oxu!”. pizza mizza

O, öz sənət yolundan da danışaraq qeyd edib ki, belə hallar onu sənətdən iyrəndirir:

“Mən uzun illərin sənətkarıyam, “Dan Ulduzu” instrumental ansamblının solisti olmuşam. Haqqımda sənədli film çəkilib, Radionun qızıl fondunda səs yazılarım saxlanılır. Mədəni Maarif Kolecini və Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Bu səbəbdən də indiki vəziyyət məni çox üzür. İnsan belə halları görüb sənətdən iyrənir. Fonoqram lazımdır, amma yerində və ölçüsündə istifadə olunmalıdır. Məsələn, klip çəkilişlərində və ya çətin şəraitdə ondan istifadə etmək olar. Amma indi toylarda vəziyyət tamamilə fərqlidir, toylarımızın səviyyəsi aşağı düşüb. Axırımızın hara gedəcəyini bilmirəm”.

Cavad Rəcəbov həmçinin özünün ölkədə ilk fonoqramı hazırlayan və ilk şadlıq evini açanlardan olduğunu vurğulayıb:

“Ölkədə ilk fonoqramanı mən yaratmışam. İlk şadlıq evini – “Nur”u mən açmışam. Orada şəhid ailələri və imkanı zəif olan insanlar üçün restoranı pulsuz etmişik, hətta məclislərində özüm ifa etmişəm. Eyni zamanda səhnəyə nağara ifaçısı kimi gəlmişəm. Habil Əliyev, Teymur Mustafayev və Hacı Məmmədov kimi sənətkarların ansambıllarında ifa etmişəm. Azərbaycanda ilk səsyazma studiyası məndə olub. Ölkədə ilk musiqi yenilikləri edən insanlardan biri də mən olmuşam. O vaxtlar düzgün texnika da yox idi. 70-80-ci illərdə DJ-lik etmişəm. Ərəb, fars və hind musiqilərinə orkestrla öz səsimi daxil edən ilk ifaçı mən olmuşam. Buna görə də, yalandan fonoqrama oxuyub, ev sahiblərindən külli miqdarda pul alanları qəbul edə bilmirəm”.

Aydan Hacı 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 İyul 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri