Bu, müharibə elanıdır, nəticəsi fəlakətli olacaq Zaxarova
Hurriyyet saytına istinadən Icma.az xəbər verir.
NATO qüvvələrinin Ukraynada görünməsi bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq və alyansın Rusiyaya qarşı müharibəyə girməsi demək olacaq.
Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Başa düşmürəm, bəlkə də onlar anlamırlar ki, NATO kontingentinin Ukrayna ərazisində görünməsi alyansın ölkəmizə qarşı müharibəyə girməsi demək olacaq. Biz bu barədə onlara bir neçə dəfə bildirmişik, çünki bu, təkcə Avropa yox, bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq”, - Rusiya rəsmisi vurğulayıb.
Zaxarova bəzi NATO ölkələrinin eskalasiyanı dəstəklədiklərini bildirib:
“Estoniya və faktiki olaraq digər Baltikyanı rejimlər Şimali Atlantika blokunun radikal qanadına aiddir və həmişə ölkəmizlə bağlı aqressiv, təxribat xarakterli, döyüşkən bəyanatlar və açıq millətçilik çalarları ilə seçilirlər”.
Həmçinin Rusiya rəsmisi qeyd edib ki, Kiyevi Rusiya ilə danışıqlardan saxlayan NATO-ya üzv dövlətlərdir.
Teleqraf.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 21 Noyabr 2024 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















