Icma.az
close
up
RU
“Bu müharibə pandemiyadan da ağır olacaq” KONKRET

“Bu müharibə pandemiyadan da ağır olacaq” KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya prezidenti Vladimir Putin İranla mümkün müharibənin qlobal nəticələri ilə bağlı sərt açıqlama verib. Münaqişənin dünya iqtisadiyyatına təsirini koronavirus pandemiyası ilə müqayisə edən Putin bildirib ki, “enerjidən tutmuş istehsala qədər bir çox sahədə ciddi dayanma riski var və dünya sistemli şokla üz-üzə qala bilər”. Moskvanın bu “qaranlıq” proqnozu beynəlxalq gərginliyi daha da artırıb.

Bəs bu cür açıqlamalar investorlar və bazarlar üçün psixoloji təsir yaratmağa hesablanıb? Qlobal təchizat zəncirlərinin dayanması nə dərəcədə realdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Eyyub Kərimli bildirib ki, münaqişənin uzanması dünya iqtisadiyyatında şok effekti yarada və ciddi mənfi nəticələrə səbəb ola bilər.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin təsirləri artıq bir neçə ildir dünya və xüsusilə Avropa iqtisadiyyatında hiss olunur. Hazırda Yaxın Şərqdə baş verən qarşıdurmanın nəticələri isə daha ağır ola bilər:

“İranın Hörmüz boğazını bağlaması neft təchizatına ciddi zərbə vura bilər. Bu isə Avropada yanacaq qiymətlərinin artımına və inflyasiyanın sürətlənməsinə səbəb ola bilər”, — deyə iqtisadçı qeyd edib.

Ekspert əlavə edib ki, mümkün münaqişə ABŞ iqtisadiyyatına da mənfi təsir göstərə bilər. Onun fikrincə, regionda hərbi infrastrukturun zərər görməsi gələcəkdə böyük maliyyə xərcləri və əlavə iqtisadi təzyiqlər yarada bilər.

Eyyub Kərimli vurğulayıb ki, region ölkələri üçün investisiya mühiti də risk altındadır:

“Hazırda bəzi Yaxın Şərq ölkələrində investor aktivliyinin azalması və kapital axınının zəifləməsi müşahidə olunur. Bununla yanaşı, logistika zəncirlərində də ciddi problemlər yarana bilər.”

İqtisadçının fikrincə, neft qiymətlərinin artması qlobal istehsal xərclərinin yüksəlməsinə gətirib çıxaracaq:

“Bu isə məhsulların bahalaşmasına səbəb olacaq. Ümumilikdə dünya iqtisadiyyatı mənfi təsirlə üzləşə bilər. Mərkəzi bankların faiz artımı qərarları isə iqtisadi aktivliyi daha da zəiflədə və resessiya riskini artıra bilər. Münaqişə uzandıqca, bu təsirlərin miqyası daha da genişlənəcək.”

Dəniz Pənahova

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Mart 2026 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri