Icma.az
close
up
RU
“Bu, müharibənin yarı dondurulmasıdır” Podolyak

“Bu, müharibənin yarı dondurulmasıdır” Podolyak

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər mediada Rusiyanın qarşılıqlı PUA və raket zərbələrini dayandırmağa razılıq verdiyi barədə məlumatlar dolaşır. Hələlik rəsmi təsdiqini tapmayan bu məlumata görə, Rusiya raket zərbələrini dayandıraraq bunu böyük güzəşt kimi təqdim etsə də, cəbhə boyu hücumlarını davam etdirməyi planlaşdırır.

Bu məlumatları şərh edən Ukrayna Prezident Ofisnin müşaviri Mixail Podolayk mətbuata açıqlamasında deyib ki, PUA və raket zərbələri dayandırılsa belə, Rusiya cəbhə xəttində müharibəni dayandırmayacaq: "Rusiya dinc əhaliyə qarşı zərbələri əsas müharibə aləti hesab edir. Yəni Rusiyanın belə kollektiv psixotipini, kollektiv şüurunu, kollektiv eqosunu nəzərə alsaq, çətin ki, onlar soyqırım müharibəsinin əsas alətindən əl çəksinlər, ona görə də bu, nəzəri ssenaridir".

Podolyakın sözlərinə görə, PUA və raket zərbələrinin dayandırılması müharibənin yarı dondurulmasıdır, çünki Rusiya cəbhə xəttində müharibəni dayandırmayacaq.

Eyni zamanda, onun fikrincə, ABŞ çətin ki, hansısa anda danışıqlar prosesindən çıxsın: "Trampın danışıqlar prosesindən geri çəkiləcəyini güman etmək olarmı? O, öz sülhməramlı missiyasının artıq uğurlu olduğunu güman edə bilərmi? Çətin... Əgər ABŞ müəyyən yarımdondurulmuş münaqişələrlə razılaşarsa, bu, Rusiyanın beynəlxalq münasibətlər sistemini, beynəlxalq hüququ pozduğunu və yeni qaydalar formalaşdırmaqla dominant olması demək olacaq".

Qeyd edək ki, bundan əvvəl Podolyak ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvaya səfərinin Rusiya-Ukrayna müharibəsində heç nəyi dəyişməyəcəyini proqnozlaşdırmışdı. O qeyd edib ki, Putin Ukrayna ilə bağlı iddialarından əl çəkməyib və təcavüzünü davam etdirmək niyyətindədir: "Putin təkcə faktiki işğala deyil, həm də Avropanın yeni torpaqları ələ keçirmək hüququnun tanınmasına ehtiyac duyur. Onun məqsədi vaxt qazanmaq, Hindistan, Braziliya və Çinə neft və qaz ixracından əldə edilən gəliri qorumaq və Tramp administrasiyasının yumşaq ritorikasına nail olmaqdır".

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Avqust 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see549

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see506

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see377

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see286

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see281

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see280

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see274

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see270

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see266

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see245

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see244

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see243

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see239

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see227

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see219

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see213

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see210

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see192

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see185

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri