“Bu, NATO ya zərər vurmayacaq” Rutte KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampın Avropa və bir çox müttəfiqləri vuran qlobal tariflərinin hərbi alyansa zərər verəcəyinə inanmır.
KONKRET.az xəbər verir ki, o, bu barədə “NBC” telekanalına müsahibəsində bildirib.
“Mən demirəm ki, bunun ayrı-ayrı müttəfiqlərə təsiri yoxdur, lakin Alyansa zərər verməyəcək”, – Rutte vurğulayıb.
O, potensial ticarət müharibəsinin Avropanın müdafiə xərclərinə və ya NATO öhdəliklərinə təsir etməyəcəyinə əminliyini ifadə edib.
Rutte bildirib ki, Avropa ölkələri artıq xərclərini artırıblar.
“Gələn milyardların sayı sadəcə heyrətləndiricidir. Avropada hazırda artan ümumi müdafiə xərclərinə nəzər saldıqda bunu “Soyuq Müharibə” ilə müqayisə etmək olar”, – NATO baş katibi deyib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 05 Aprel 2025 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















