Icma.az
close
up
RU
“Bu nazirlik ehtiyacı olan vətəndaşlara qənim kəsilib” MÜRACİƏT

“Bu nazirlik ehtiyacı olan vətəndaşlara qənim kəsilib” MÜRACİƏT

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

20 ilə yaxın SOCAR-da mühəndis vəzifəsində çalışan paytaxt sakinindən ölkə başçısına müraciət

Bakı şəhər sakini Həsənov Rəşad Nadir oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:

“Cənab Prezident!

Mən, Həsənov Rəşad Nadir oğlu, yazaraq bildirirəm ki, 43 yaşım var, ali təhsilliyəm, 20 ilə yaxındır SOCAR-da mühəndis vəzifəsində çalışıram.

Bu gün Dövlət Sosial Müdafiə Fondunda 110 min manata yaxın vəsaitim yığılıb. Bu vəsaitin orda qalmağının mənim kimi əziyyət çəkən vətəndaşlara xeyri yoxdur. Çox sıxıntılarım var. Ailə başçısıyam, amma ailəmi rahat şəkildə yaşada bilmirəm.

Çarəsizlikdən “DOST” Mərkəzinə müraciət etdim. Bildirdim ki, mənim sosial fondumda 110 min manat pulum var. Xahiş etdim ki, bunun bir hissəsi hesablanıb mənə verilsin. Fikirləşirdim ki, banklara olan kredit borclarımı və digər borclarımı ödəyərəm. “DOST” Mərkəzindən bildirdilər ki, “sən həmin puldan 65 yaşında istifadə edə bilərsən”.

65 yaşa kimi ailəmi necə donduracağımı fikirləşirəm. Bəlkə heç həmin yaşa çata bilmədim?! Dedilər  ki, bu zaman həmin vəsait həyat yoldaşınıza veriləcəkdir. Sual verdim ki, bəlkə o, məndən tez rəhmətə getdi?.. Bu zaman isə bildirdilər ki, əlil övladınız varsa, ona veriləcək, övladın əlil deyilsə, batacaq.

Bir sözlə, biz vətəndaşlara qarşı bu qədər haqsızlıq edirlər. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi bizim kimi ehtiyacı olan vətəndaşlara qənim kəsilib.

Misal olaraq bildirim ki, iş yoldaşım 30 ildən çoxdur dənizdə çalışırdı. 65 yaşında çatmadan rəhmətə getdi. Sosial fondda 200 min manatdan çox vəsaiti var idi. Həmin vəsaitdən onun ailəsinə 1 qəpik belə verilmədi. Sadəcə, Həmkarlar İttifaqından onun ailəsinə 70 min manat ödəniş etdilər. Bu, haqsızlıq deyilmi?!

Cənab Prezident!

Mənim vəziyyətimdə olan insanlar adından Sizdən xahiş edirəm. Nazirliyin insanlara etdiyi zülmün qarşısını alın. İndiki zəmanədə borc-xərc insanı çox yaşamağa qoymur. Tapşırıq verin, insanların sosial fonduna yığılan vəsait onlara verilsin.

Biz Sizə güvənirik, inanırıq. Sizdən kömək gözləyirik. Xahiş edirik, bu məsələ Milli Məclisdə müzakirəyə çıxarılsın, müvafiq qərar qəbul edilsin. Biz ölmədən öz şəxsi pulumuzdan istifadə etmək istəyirik”.

Jalə FAMİLQIZI

Share

Tweet

Email

Share

Share

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 Dekabr 2025 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri