Bu nazirlik fərdi yaşayış evləri ilə bağlı 4 milyonluq işlərə başlayır
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tərəfindən Zaqatala rayonunda yeni fərdi yaşayış evlərinin tikintisinə başlanılır.
Trend-in əldə etdiyi məlumata görə, həmçinin rayon ərzisində bina və fərdi yaşayış evlərinin bərpası işləri də həyata keçiriləcək.
Belə ki, artıq bununla bağlı nazirlikdə rayon ərazisində 34 ədəd fərdi yaşayış evlərinin tikintisi, 9 ədəd çoxmənzilli binanın bərpası və 1 ədəd fərdi yaşayış evinin bərpası işləri start götürüb.
Nazirlik sözügedən işlərin icrasını "FİM Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 3,9 milyon manat ödənilib.
Qeyd edək ki, rayonda bəhs olunan işlərin icrasının həvalə olunduğu "FİM Group" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Əhmədzadə Fuad Əlisoltan oğludur.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 25 Yanvar 2025 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















