Icma.az
close
up
RU
Bu, nikah idi, hələ toy olmayıb Nəsrin ilk dəfə açıqladı

Bu, nikah idi, hələ toy olmayıb Nəsrin ilk dəfə açıqladı

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ilk dəfə ailə qurması ilə bağlı suallları cavablandırıb.

Axşam.az-ın məlumatına görə, aktrisa "Hürriyet"ə açıqlama verib. Nəsrin həyat yoldaşı Kadir Taner Uçarla nikah bağlasa da hələ ki, toy etmədiklərini bildirib:

"Bu, sadəcə nikah idi. Toyumuz isə, inşallah, olacaq. Həm mən, həm də həyat yoldaşım hər şeyi nəzarətdə saxlamaq istəyən, “Görəsən buna ayıb olar, ona ayıb olar?” deyə düşünən insanlarıq. Üstəlik, azad yaşamağa da öyrəşmişik. Kadirə dedim ki, “Əgər biz bunu uzun-uzadı düşünsək, ikimiz də evdə qalarıq. Heç vaxt evlənə bilmərik. Yox, İtaliyada olsun, yox, o gəlinlik alınsın... Bu söhbətlərə girsək, bu iş alınmaz. Hər şey bir az birdən olmalıdır”. O da mənimlə razılaşdı. Evlilik təklifindən bir ay sonra Bodrumda nikah bağladıq".

Nəsrin Kadirlə necə tanış olduqlarından söz açıb:

"Seda abla (Seda Sayan) gənc qızlara necə məsləhət verirdisə, elə də oldu. Tanış olandan altı ay sonra evlilik təklifi aldım, yeddinci ayda isə evləndim. Deməli, belə olmalı imiş. Seda xanıma bu mövzuda tam haqq verirəm. İdman zalında tanış olduq. Tekstil şirkəti var. Elə bildim idmançıdır. Ona deyirəm ki, “Məndən başqa heç kimlə evlənə bilməzdin”. Çünki mən gün çıxan kimi, idmana gedirəm, Kadir də elə. Sonra da işə gedir. Demək olar ki, idman zalında cəmi iki nəfər idik. Onsuz da mənim həyatım çəkiliş meydançası, ev və idman zalından ibarətdir. Axşam saat 21:00 olan kimi yatıram. O da elədir.

Ondan soruşsan, ilk addımı mən atmışam. Amma bu, tamamilə yalandır. Mən uzağı görə bilmirəm. O deyir ki, “Sən mənə baxırdın, məni bəyənmişdin, zalda məni izləyirdin. O yaşıl işığı yandırmasaydın, mən heç vaxt gəlib "Bu alətdə neçə setiniz qalıb?" deməyə cəsarət etməzdim”.

Amma mən onun dediyi kimi ona baxmırdım. Qarşımdakı adamın qadın, yoxsa kişi olduğunu, əzələli, yoxsa yaraşıqlı olduğunu belə seçə biləcək vəziyyətdə deyiləm. Çünki həm miyopam, həm də astiqmatım var.

Dediyim kimi, yenə bir axşam saat 21:00-da pijamalarımı geyinib yatmağa hazırlaşırdım. Kadir zəng edib ki, “Nesrin, aşağı düş, səni bir yerə aparmalıyam”. Aşağıya baxdım əlində böyük bir gül dəstəsi vardı. Aşağı düşdüm. Bir anda binanın qarşısında diz çökdü. Sonra cibindən bir qutu çıxarıb üzüyü göstərdi və dedi ki, “Mənimlə evlənərsən?” Bu arada yeni serialımda ("Daha 17") "Şebnem" obrazı üçün də öz üzüyümdən istifadə edirəm".

Nəsrin bildirib ki, həyat yoldaşı onun hansı peşənin sahibi olmasından xəbərsiz olub:

"Xeyr, o mənim işlərimin heç birini bilmir. İndiyə qədər yalnız “Dilberin sekiz günü” filminə baxıb. Orada da mən özüm deyiləm, tamam başqa bir insanam. Bəzən mənə irad bildirəndə deyirəm ki, “Mən sənət dünyasından gəlmişəm. İndi bütün filmlərimi açıb sənə izlədərəm, onda nə baş verdiyini bilə bilməzsən”. O da həmin an susur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:267
embedMənbə:https://axsam.az
archiveBu xəbər 01 İyun 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri