Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Bu o demək deyil ki, dərs çıxarıb gələn oyunu udacağıq

Bu o demək deyil ki, dərs çıxarıb gələn oyunu udacağıq

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli premyer-liqasının 16-cı turunun "Sumqayıt"la (2:0) oyunundan sonra mətbuat konfransında iştirak edib.

"Football-plus.az" xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.
- İlk dəqiqədən sona qədər yerli azarkeşlər tərəfindən sizə qarşı tənqidi şüarlar səsləndirildi. Belə qarşılanmağınız haqda fikriniz necədi?
- Bu, mənim və azarkeşlərin arasında olan şeydi. Buna müdaxilə olunmağını istəmirəm. Dünya futbolunda belə hallar çox olur. Normal qəbul edirəm. Öz komandalarını dəstəkləyirlər və yolu da bəlkə, bu idi. Açığı, azarkeşlərlə bağlı məşqçilik karyeramda səhvlər olub. Bu, dərs olub və fanatlarla bağlı təmkinli olmağa çalışdım. Oyunun içində olan şeylərdi və artıq bunu unutdum. Bilirəm bunlar haradan irəli gəlir, kimlər elətdirir. Çox yaxşı bilirəm. Futbolda olan şeylərdi. Canları sağ olsun.
- Məğlubiyyətin səbəbini nədə görürsüz?
- Bədbəxtçiliyimiz ondadı ki, kağız üzərində favorit göstərilirik. Oyuna çox yaxşı başlayırıq. Etmək istədiklərimiz də alınır. Bəladı, ya da nədi... Durduğumuz yerdə topu rəqibə hədiyyə veririk və qapımızda qol görürük. Halbuki ondan əvvəl 2 metrdən qapıya düşə bilmirik. Bütün oyunlarda baş verən prosesdi. “Şamaxı”nı 2:0 udurduq. Oyundan sonra bu haqda danışmamışam. Həmin oyunu uduzmaq şəklinə çıxardanda, söz də deyə bilmirəm. 23-24 dəqiqə içərisində 2 qol vurub, 5 real epizodu vura bilmirsən. “Qarabağ”la matçda da Ramil Şeydayevin epizodu oldu. Bu gün də iki metrdən qapıya düşə bilmədik. Oyunu idarə edirsən, durduğumuz yerdə topu rəqibə hədiyyə edirik. Hər oyunda bir hədiyyə ilə qapımıza qol gətiririk. Daha sonra ikinci hədiyyə oldu və yenə qapımızda qol gördük. İş də bundan sonra başlayır. Bundan sonra “Neftçi”nin ümumi simasını görürük. “Neftçi” nəyə qadirdi, o üzə çıxır. Bu cür komandalarla görüşdə qol vura bilmirsənsə, qapında qol görürsənsə, rəqib başlayır bağlanmağa. Normaldı və düzgündü. Sən “Neftçi”nin futbolçususan, bütün komandadan danışıram. Bu hallarda üzə çıxmalısan. Qol buraxandan sonra ikinci hissədə epizod yarada bilmirsənsə, bütün suallara burada cavab tapılır. Ən əsası odu ki, bu vəziyyət kontrolumuz altındadı. Bu oyunlar bizim qarşımızda qrafik cızır ki, hansı futbolçu ilə yolumuza davam edəcəyik, hansılarla komanda quracağıq, hansı futbolçu isə “Neftçi”nin yükünü daşıya bilmir. Bilirəm ki, bu sözümə görə tənqid olacaq. Bəlkə də, bu oyunlarda xeyirlisi də odu. Biz azarkeş kimi baxanda, başqa cür baxırıq. Amma biz hətta səfərdə və evdə oynaya biləcək oyunçuları seçmişik. Səfər oyunlarında futbolçumuz 180 dərəcədə dəyişir. Ad çəkmək istəmirəm. Bu da təzyiqdən irəli gəlir. “Neftçi”də oynayırsansa, belə hallar baş verməli deyil.
- Ən çox hücum xəttindən narazısız?
- Xeyr. Deməyə məcburam. Bizim komandada əfsuslar olsun ki, mövqelərə baxsaq, hamısı eyni tipdə olan oyunçulardı. Hücumçularımız arxası rəqib qapıya oynayanlardı. Sürətli hücumçular deyil. Onlara görə də oyun qurmağa çalışırıq. Hər mövqedə olan oyunçular da eyni tipdədi. Bu cür vəziyyətlərdə oyunu dəyişmək də çətindi. Çünki həmin oyunçuların əvəzinə meydana daxil olan oyunçu da, eyni şeyi edir. Analiz etdiyimiz, gördüyümüz detallar bunlardı. Bundan dərs çıxarmalıyıq. Bu o demək deyil ki, dərs çıxarıb gələn oyunu udacağıq. Xeyr. Biz gələcəkdə kimlərlə davam edəcəyik, baxacağıq. Belə davam etməyəcək. Açıq görünən bir şeylər var. Sadəcə baş məşqçi üçün bunları deyib, sonra onları oyuna çıxarmaq çətinlik yaradır. Demək istədiyim odu ki, vəziyyət kontrolumuz altındadı. Biz hansı vəziyyət olduğumuzu bilirik. İnanın ki, oyuna motivasiyasız çıxmamışdıq. Sadəcə bəla odu ki, sən qol buraxdıqdan sonra təmiz “ölmək”, onun altından çıxa bilməmək, hansı tip futbolçulara xasdısa, onu bilirsiz.
- Bəlkə kollektivə psixoloq dəvət edəsiz?
- Düşünmürəm. Psixoloqa ehtiyacımız yoxdu. Yaxşı dəyişikliklərə ehtiyacımız var. Amma bunlar dərhal baş verən proseslər deyil. Oynatmaq istədiyin futbolu hansı futbolçular dərk edir, onu bilmək qazancdı. Bu gün oyuna yaxşı başlamışdıq. Komandamız oyuna nəzarət edirdi. “Qarabağ”la matçda Yuri Matias səhv etdi, qol oldu. Onun altından çıxa bilmirik. Bu gün Emil Səfərovdan səhv gəldi. Neçə oyundu ki, baş verən prosesdi. Bir çox məsələlərlə bağlıdı.
- Bu gün “Neftçi”nin adı favorit olur, oyunçular kluba uyğun deyil. Statistikada ən yaxşı olan Yuri Matias da “Neftçi” səviyyəsində deyil. Qış fasiləsini səbirsizliklə gözləyirsiniz?
- Bilirik də, nə var nə yox. Əsas odu ki, səbəbləri bilirik. Bunun sonu var. Nələri kimlərlə edə biləcəyik, onu artıq bilirik.
- Tərk etdiyiniz “Sumqayıt”la bu gün gördüyünüz “Sumqayıt” arasında hansı fərqləri gördüz?
- Elə də fərq görmədim. Mən də “Sumqayıt”da olsaydım, "Neftçi"yə qarşı bu cür oyunu seçərdim. Özünüz də görmüsüz, mən də “Sumqayıt”da işləyəndə “Neftçi”ni bu cür oyunla udmuşuq. "Neftçi"də aldığın maaşa görə "bir nömrə" oynamaq borcundu. Keyfiyyətin yaxşıdı və topla da daha çox oynamalısan. Oyunu rəqib meydançasına yıxmalısan. Əks-hücumlarda hansı reaksiyanı verəcəksən, bunların hamısını çözmüşük.
- “Gözdən çıxardığınız” oyunçular var və onlar bundan xəbərdardı? Bəlkə, onlar bunu bilir deyə, 100 faizini ortaya qoymur...
- Yaxşı, onlar indi bilir. Bəs, bundan əvvəl nə olmuşdu?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Dekabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see460

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see362

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see358

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see316

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see274

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see274

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see274

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see271

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see188

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see149

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see148

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see140

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see140

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see133

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see128

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see124

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see123

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see122

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri