Bu ölkə ayılarla müharibəyə başladı bölgəyə qoşun yeridildi
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son zamanlar Yaponiyada insanların qəhvəyi və Himalay ayıları ilə rastlaşması tez-tez baş verir ki, bu da çox hallarda ölümlə nəticələnir.
Ölkə.az “ABC News”ə istinadən xəbər verir ki, bu qarşılaşmalar qış yuxusu mövsümünə qədər, ayıların aktiv şəkildə qida axtarmağa başladığı bir vaxtda artıb.
Yerli sakinlər məktəblərin, qatar stansiyalarının, supermarketlərin və isti bulaqların yaxınlığında ayı görüblər.
Ətraf Mühit Nazirliyinin məlumatına görə, oktyabrın sonunadək Yaponiyada ayı hücumları nəticəsində 100-dən çox insan yaralanıb ki, onlardan 12-si ölüb
Yaponiya hökuməti hesab edir ki, ölkədə ayıların ümumi sayı normadan 54 min ədəd çoxdur.
Ayıların hücumlarının qarşısını almaq məqsədi ilə Akita prefekturası və Müdafiə Nazirliyi əsgərlərin bölgəyə yerləşdirilməsi barədə müqavilə imzalayıb. Əsgərlər tələlər qurmaqla ayıları ovlayacaqlar.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 08 Noyabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















