Bu ölkə “Bayraktar”ı invanterinə daxil etmək istəyir Sınaqlar başlayıb
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yaponiya Türkiyə istehsalı "Bayraktar TB2" və İsrail istehsalı "Heron-2" pilotsuz uçuş aparatlarını sınaqdan keçirir.
Bu barədə Yaponiyanın aparıcı qəzetlərindən "Mainichi Shimbun" məlumat yayıb.
Xəbərə görə, Yaponiya Müdafiə Nazirliyi "Bayraktar TB2"-ni rəsmi olaraq invanterinə daxil etməyi nəzərdən keçirir.
Xəbərdə vurğulanır ki, Yaponya Müdafiə Nazirliyi PUA-ların döyüş şəraitində istifadəsini öyrənmək üçün xüsusi bir tapşırıq qrupu yaradıb. Bu çərçivədə Ukraynadakı müharibə nümunə kimi götürülüb və Türkiyənin "TB2" uğuru diqqətlə incələnir.
"Kyodo News" məlumatına görə, Yaponiyanın 2026 maliyyə ili büdcəsində pilotsuz uçuş aparatları üçün 100 milyard yen (təxminən 670 milyon dollar) nəzərdə tutulub.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 14 Avqust 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















