Bu ölkə bayram edir: Nəhəng qatil həşəratların işğalından xilas oldu
Icma.az, Publika.az saytına istinadən bildirir.
Amerika Birləşmiş Ştatlarının Kənd Təsərrüfatı Departamenti iki düymlük qətl hornetlərinin ABŞ-dan məhv edildiyini bildirib.
Publika.az xəbər verir ki, 2013-cü ildə Çində 42 nəfərin ölümünə səbəb olan dünyanın ən böyük horneti ölkədə ilk dəfə aşkar edildikdən 5 il sonra ABŞ-da tamamilə məhv edilib.
Dünyanın ən böyük horneti, təhlükəli sancmasına və arı pətəyini cəmi 90 dəqiqə ərzində məhv etmə qabiliyyətinə görə "qətl horneti" ləqəbli almışdı. Vaşinqton ştatında ilk dəfə beş il əvvəl aşkar edilmişdi.
"Sizə deməliyəm ki, bir entomoloq kimi mən 25 ildən artıqdır ki, bu işlə məşğulam və bu, insanların həşəratlara qalib gəldiyi nadir gündür", - deyə Kənd Təsərrüfatı Departamentinin zərərvericilərlə mübarizə proqramının direktoru Sven Şpiçiger, virtual mətbuat konfransında bildirib.
Uzunluğu 2 düym (5 sm) çata bilən və əvvəllər “Asiya nəhəngi” adlandırılan hornetlər 2013-cü ildə Çində 42 nəfərin ölümü və 1675 nəfərin ağır yaralanması ilə diqqət çəkmişdi.
Tural
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 19 Dekabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















