Bu ölkə Ermənistanı Azərbaycana qarşı silahlandırır “S300” göndərəcək
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yunanıstan Fransa ilə Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Ermənistana təhvil verilməsi ilə bağlı razılığa gəlib .
Milli.Az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb. Qərar Ermənistanın Rusiya silahlarından istifadə təcrübəsinin olması və onun saxlanması üçün lazımi ehtiyat hissələrinin olması nəzərə alınaraq qəbul edilib. Razılığa əsasən Yunanıstan Ermənistana S-300, TOR-M1 və Osa-AKM zenit-raket komplekslərini təhvil verəcək.
Yunanıstan hakimiyyəti onları İsrail istehsalı sistemlərlə əvəz etməyi planlaşdırır.
KİV-in məlumatına görə, bu, sırf Yunanıstan təşəbbüsü deyil, Fransa ilə əməkdaşlığın nəticəsidir:
"Afina üçün Kiyev əvəzinə İrəvanın gücləndirilməsi bir çox səbəblərə görə strateji seçimdir. Hər şeydən əvvəl, çox sıx müttəfiqlik əlaqələri və xüsusən də müasir tarixdəki ümumi tarixi hadisələr və ümumi dini inanclar səbəbindən bunu edir. Bundan əlavə, güclü Ermənistan Azərbaycanı açıq-aşkar gücləndirən "türk inadkarlığı"na əla tarazlıq olardı".
Qeyd edək ki, əvvəllər bu sistemlərin Ukraynaya verilə biləcəyi güman edilirdi, lakin Baş Qərargah başqa alternativləri nəzərdən keçirir.
Nərmin Mahmudova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 26 Noyabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















