Icma.az
close
up
RU
Bu ölkə İsrailə qarşı hərəkətə keçdi

Bu ölkə İsrailə qarşı hərəkətə keçdi

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çin, İsrailin beynəlxalq hüququ pozduğunu vurğulayaraq beynəlxalq ictimaiyyəti təcili addım atmağa çağırıb.

“Cebheinfo.az” xəbər verir ki, Pekin İsrailin Qəzzadakı hücumlarına görə bu ölkənin Birləşmiş Millətlər Təşkilatı (BMT) üzvlüyünün dayandırılmalı olduğunu və lazım gələrsə hərbi müdaxilənin də gündəmə gətirilə biləcəyini açıqlayıb.

Çin rəsmiləri bildiriblər ki, İsrailin hücumları beynəlxalq hüququ açıq şəkildə pozur və bu, BMT üzvlüyü ilə uyğun gəlmir.Açıqlamada Qəzzada yaşanan humanitar faciə qarşısında beynəlxalq ictimaiyyətin passiv qalmaması tələb olunub.

Qeyd edək ki, Çin BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) 5 daimi üzvündən biridir və veto hüququna malikdir.Bu mövqe Pekinə beynəlxalq böhranlarda daha güclü söz sahibi olmağa imkan verir. İsrailin BMT üzvlüyünün dayandırılması ilə bağlı çağırış da məhz buna görə diqqət çəkib.

Həmçinin, Çinin Yaxın Şərq siyasəti əsasən “tarazlıq və iqtisadi əməkdaşlıq” prinsipi üzərində qurulub. Pekin, xüsusilə enerji təhlükəsizliyini təmin etmək üçün Səudiyyə Ərəbistanı, İran və Körfəz ölkələri ilə sıx əməkdaşlıq edir. 

Eyni zamanda İsraillə də texnologiya və ticarət sahəsində əlaqələrini qoruyur. Bununla yanaşı, Çin uzun müddətdir Fələstin məsələsində iki dövlətli həll yolunu dəstəkləyir.

ABŞ-nin təsirinə qarşı bölgədə “vasitəçi oyunçu” rolunu gücləndirməyə çalışan Pekin, son olaraq Səudiyyə Ərəbistanı ilə İran arasında normallaşmaya vasitəçilik etməklə diqqət mərkəzinə düşmüşdü.

Digər tərəfdən, Çinin İsraildəki səfirliyi də israilli bir millət vəkilinin Tayvana səfəri ilə bağlı sərt açıqlama verib.

Səfirlik, “Çinin əsas maraqlarına zərər vurula bilməz, əks halda bunun bədəlini ödəmək lazım gələcək”, - deyə bəyan edib.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri