Bu ölkə qarışdı: prezident xəstəxanadadır, generallar çevriliş hazırlayır
Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Braziliya prezidenti Luiz İnasio Lula da Silva beyin qanaması səbəbindən iki əməliyyat keçirdikdən sonra bu gün evə buraxılıb. Silva xəstəxanada olarkən keçmiş baş generalın hökumətə qarşı çevriliş cəhdində iştirak etdiyi iddiası ilə saxlanıldığı bildirilir.
Publika.az xəbər verir ki, Braziliyanın sabiq prezidenti Jair Bolsonaronun dövründə yüksək vəzifədə çalışmış Valter Braqa Netto Rio-de-Janeyroda polis tərəfindən saxlanılıb.
Nettonun Ali Məhkəmənin hakimi Alexandre de Moraesin göstərişi ilə saxlanıldığı və yaxın günlərdə başqa həbslərin də ola biləcəyi bildirilib. Məlumata görə, Bolsonaro ilə yaxınlığı ilə tanınan Netto Braziliya tarixində 4 ulduzlu general rütbəsi ilə həbs edilən ilk komandirdir.
Noyabrın 27-də Braziliya Federal Polisi keçmiş prezident Bolsonaronun Lula da Silva hökumətinə qarşı çevriliş planında əli olduğunu iddia edib. Braziliya Ali Məhkəməsi federal polisin çevriliş planı ilə bağlı hesabatını ictimaiyyətə açıqlayıb.
Hesabatda qeyd edilib ki, istintaq boyu toplanan dəlillər Bolsonaronun Lula da Silva hökumətini hakimiyyətdən uzaqlaşdırmaq üçün çevriliş planında iştirak etdiyini göstərir.
Aysel Şahmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 16 Dekabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















