Icma.az
close
up
RU
Bu ölkə Rusiya ilə müharibəyə başlayır? KONKRET

Bu ölkə Rusiya ilə müharibəyə başlayır? KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Böyük Britaniya silahlı qüvvələri ölkə ərazisindəki xüsusi poliqonlarda Rusiya ilə potensial silahlı münaqişə ssenariləri üzrə intensiv hazırlıqlara başlayıb. Təlimlər üçün Ukraynadakı döyüş meydanlarını xatırladan, dağıdılmış kiçik bir şəhər mənzərəsi simulyasiya edilib. Ümumiyyətlə Britaniya son zamanlar Rusiya ilə müharibə ehtimalından çox narahat görünür və bu istiqamətdə müəyyən addımlar atır. 

Böyük Britaniyanın qorxusu reallığa çevrilə bilərmi və nəyə əsaslanır? Bu təlimlər sadəcə mesaj xarakteri daşıyır, yoxsa doğrudan da müharibəyə hazırlıq gedir?

KONKRET.az xəbər verir ki, bununla bağlı Sfera.az-a fikirlərini bildirən siyasi ekspert Çingiz Şahbazi Böyük Britaniyanın Rusiya ilə birbaşa müharibəyə girmək ehtimalının yaxın perspektivdə aşağı olduğunu söyləyib:

“Bu baxımdan Böyük Britaniya Silahlı qüvvələrinin keçirdiyi hərbi təlimlər, nə Rusiya üçün təhlükə mənbəyi kimi qəbul edilməlidir, nə də ki, bu təlimlərin keçirilməsində məqsəd Rusiya ilə müharibə ehtimalından qaynaqlanır. Amma Rusiya və Ukrayna müharibəsi fonunda, ümumiyyətlə Avropa ölkələrində  hərbi sahədə mobilizasiya işlərinin aparılması məqsədilə daha müasir dövrün tələblərinə cavab verən hərbi texnika və texnologiyaların orduda cəmləşdirilməsi müşahidə olunur. Bu səbəbdən canlı qüvvənin, bu texnologiyaların mənimsənilməsi istiqamətində, peşəkarlığın  artırılması məqsədilə təlimlərin keçirilməsinə daha çox əvvəlki illərdən fərqli olaraq diqqət yetirilir. Əlbətdə ki Londondakı narahatlıq ehtiyyatlı planlaşdırma strategiyası ilə bağlıdır və bu səbəbdən keçirilən təlimlər müharibə siqnalı olaraq görülməməlidir”.

Şahbazi əlavə edib ki, Britaniya NATO üzvüdür və NATO-nun 5-ci maddəsinə əsasən, Böyük Britaniya da kollektiv müdafiə prinsipləri çərçivəsində yer alır: 

“Bu baxımdan da Britaniya və digər NATO ölkələrinin keçirdikləri hərbi təlimlər, deməyə əsas verir ki, Rusiya Avropada genişmiqyaslı müharibə aparmaq qabiliyyətini tam itirməyib və bu istiqamətdə təhlükələr gözlənilir. Xüsusilə də Baltik ölkələri və Şərqi Avropa daha çox riskli zonalardır. Buna görə də Avropa ölkələri ,o cümlədən Böyük Britaniya, ola biləcək ən pis ssenariyə hazırlaşır və burdakı şəhər müharibəsi təlimləri, real münaqişə ehtimalına qarşı planlaşdırmadır. Çünki Ukrayna müharibəsi zamanı belə hallar nəzəri yox, praktik təcrübə əsasında görüldü. Bu səbəbdən Britaniya hökumətinin keçirdiyi təlimlər daha çox gələcək perspektivləri əhatə edir və bu müharibə istəyi deyil. Hazırlıqsız yaxalanma riskini azaldan siyasətdir və Böyük Britaniya hazırlıqlı olmaq strategiyasını gücləndirir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:414
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Fevral 2026 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri