Bu ölkə Rusiyadan neft alışını iki dəfə azaldıb Özəl neft emalı müəssisələri isə artırır
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hindistanın dövlət neft emalı zavodları iyun-sentyabr aylarında Rusiya neftinin alışını 45%-dən çox azaldıb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, sentyabr ayında Hindistanın dövlət neft emalı zavodlarına Rusiya neftinin tədarükü iyun ayındaki gündəlik 1,1 milyon bareldən 600 min barelə düşüb.
Ekspertlər qeyd edir ki, bu azalma siyasi təzyiq və artan yükdaşıma qiymətləri fonunda idxal strukturunun dəyişməsini əks etdirir. Rusiya neftinin alışının azalması ABŞ-nin iqtisadi tədbirlərinin sərtləşdirilməsi fonunda baş verir. Avqust ayında Prezident Donald Tramp Rusiya neftinin alınmasına görə Hindistana əlavə 25% rüsum tətbiq edib. Vaşinqton Nyu-Dehlidən Moskva ilə ticarəti azaltmağı tələb edir və bunu əlverişli ikitərəfli ticarət sazişinin bağlanması üçün şərt kimi göstərir.
Buna baxmayaraq, Hindistan Rusiya xam neftini endirimlə almağa davam edir. Eyni zamanda, dövlət neft emalı zavodları tədarükləri azaldarkən, özəl neft emalı müəssisələri - ilk növbədə Reliance Industries və Nayara Energy (Rosneft tərəfindən idarə olunur) - həcmləri artırır. Reliance gündəlik təxminən 850 000 barel neft idxal edir ki, bu da yanvar səviyyəsindən iki dəfə çoxdur.
Rusiyadan Hindistana ümumi neft idxalı iyun ayında rekord həddə - 2 milyon barelə çatdıqdan sonra gündəlik 1,6 milyon barelə düşüb. Oktyabr ayında bu göstəricinin daha da azalacağı proqnozlaşdırılır.
“AzPolitika.info”


