Bu ölkə yeni il şənliyini ləğv edərək Fələstinə dəstək yürüşü etdi
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
İsveçin paytaxtı Stokholmda yüzlərlə insan Qəzza xalqı ilə həmrəylik əlaməti olaraq Yeni il şənliyini ləğv edərək Fələstinə dəstək nümayişi keçirib.
Turkustan.az xəbər verir ki, ölkədəki bir çox qeyri-hökumət təşkilatının çağırışı ilə havaların soyumasına baxmayaraq Segels Torq meydanına toplaşan nümayişçilər yeni ili qeyd etmək əvəzinə İsrail tərəfindən öldürülən uşaqlar və mülki vətəndaşlar üçün yas tutublar.
Nümayişçilər İsveç parlamentinə doğru yürüş edib və əllərində "Azad Fələstin, Azad Qəzza", "Soyqırımı dayandırın" və "İsraili boykot edin" yazılı plakatlar qaldırıblar.
Onlar Qəzzaya hücumların dərhal dayandırılmasını istəyib və "İşğala son" və "Qatil İsrail" kimi şüarlar səsləndiriblər.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 01 Yanvar 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















