Bu ölkədə 40 il sonra qar rekordu 45 ölü
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yaponiyada həftələrdir davam edən güclü qar fırtınaları ölkədə həyatı iflic edib.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Yaponiya Yanğın və Fəlakətlərin İdarə Edilməsi Agentliyinin məlumatına istinadən xəbər verir ki, 20 yanvardan bəri 45 nəfər ölüb, 500-dən çox insan yaralanıb.
Ən çox tələfat şimal-qərbdəki Niigata bölgəsində qeydə alınıb. Burada 17 nəfər həlak olub, 170-dən çox şəxs yaralanıb.
Aomori və Vakkanaidə, eləcə də, digər şimal şəhərlərində yollar bağlanıb, ictimai nəqliyyat dayandırılıb, çoxsaylı avtomobillər qarla örtülmüş yollarda qalıb.
Yaponiya Meteorologiya Agentliyi qərb və şimal sahil bölgələrində qarın daha da güclənəcəyi barədə xəbərdarlıq edib.
Yapon dənizi sahilində bəzi ərazilərdə qarın qalınlığı 4,5 metrə çatıb. Bəzi yaşayış məntəqələrində 1986-cı ildə ölçülmüş 181 santimetrlik rekord qırılıb.
Hökumət yerli hakimiyyət orqanlarına insan itkisinin və qəzaların qarşısını almaq üçün bütün resursları səfərbər etməyi tapşırıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 08 Fevral 2026 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















