Icma.az
close
up
RU
Bu ölkədə 600 milyon dovşan var

Bu ölkədə 600 milyon dovşan var

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1859-cu ildə Avstraliyada ov məqsədilə təbiətə buraxılan cəmi 24 vəhşi dovşan ölkə tarixinin ən böyük ekoloji fəlakətlərindən birinin əsasını qoyub. Qısa müddətdə nəzarətsiz şəkildə çoxalan bu heyvanların sayı 600 milyona çataarq materikin ekosisteminə və kənd təsərrüfatına ağır zərbə vurub.
Təbii düşmənlərinin olmaması dovşanların sürətlə yayılmasına şərait yaradıb. Onlar əkin sahələrini, otlaqları və meşəlikləri məhv edib, yerli canlı növlərinin qida ehtiyatlarını azaldaraq ekoloji tarazlığı pozublar. Nəticədə bir sıra nadir heyvan növləri yox olmaq təhlükəsi ilə üz-üzə qalıb.
Bizim.Media xəbər verir ki, problemin qarşısını almaq üçün Avstraliya hökuməti ölkənin qərb hissəsini qorumaq məqsədilə uzunluğu təxminən 3 min kilometrə çatan nəhəng çəpər inşa edib.
Dünyanın ən uzun qoruyucu baryerlərindən hesab edilən bu layihə dovşanların yayılmasını müəyyən qədər ləngitsə də, problemi tam aradan qaldıra bilməyib.
 

Sonrakı mərhələdə alimlər bioloji mübarizə üsullarına üstünlük veriblər. Dovşan populyasiyasını azaltmaq üçün Myxoma və RHDV viruslarından istifadə olunub. İlk illərdə bu üsul müsbət nəticə versə də, zaman keçdikcə heyvanların bir hissəsində viruslara qarşı davamlılıq formalaşıb və onların sayı yenidən artmağa başlayıb.


Mütəxəssislərin hesablamalarına görə, vaxtilə atılan kiçik bir addımın nəticələri Avstraliya üçün bu gün də ciddi problem olaraq qalır. Ölkə dovşanların vurduğu ekoloji və iqtisadi zərərin aradan qaldırılması üçün hər il milyonlarla dollar vəsait xərcləyir. (Metbuat.az)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 İyul 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri