Bu ölkədə aksiya: Yüz minlərlə insan küçələrə axışdı
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Yunanıstanda 57 nəfərin ölümü ilə nəticələnən qatar qəzasının ildönümü münasibətilə etiraz aksiyaları keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, bütün ölkəyə yayılan etirazlarda həyat dayandığı bir vaxtda yüz minlərlə insan günahkarların cəzalandırılmasını tələb edərək küçələrə çıxıb.
Paytaxt Afinanın Sintaqma meydanına toplaşan minlərlə insan “Ədalət istəyirik” şüarları ilə hökumətə etiraz ediblər.
Qəzada yaxınlarını itirən ailələrin rəhbərlik etdiyi nümayişə Afinada bir çox müəssisə qapılarını bağlayaraq dəstək verib.
Tətil çərçivəsində aviareyslər və qatarlar ləğv edilib, bərə reysləri dayandırılıb və ictimai nəqliyyatın fəaliyyəti ləngiyib.
Ölkə daxilində və xaricdə 300-dən çox şəhərdə etiraz aksiyaları keçirilir.
Xatırladaq ki, 23 fevral 2023-cü ildə Yunanıstanın Tesaliya bölgəsindəki Tempi qəsəbəsində sərnişin qatarı ilə ticarət qatarı toqquşub, 57 nəfər həlak olmuşdu.
Qəza ilə bağlı aparılan araşdırmalar nəticəsində hazırlanan və dünən açıqlanan hesabatda qəzanın insan səhvi, kadr çatışmazlığı, dəmir yolu infrastrukturunun köhnəlməsi və lazımi səviyyədə hazırlanmaması səbəbindən baş verdiyi bildirilib.
Nigar Hacılı
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 28 Fevral 2025 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















