Icma.az
close
up
RU
Bu ölkədə azyaşlı uşaqlar da siqaret çəkirlər

Bu ölkədə azyaşlı uşaqlar da siqaret çəkirlər

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünya ölkələrinin sağlam qidalanmaq və pis vərdişlərdən əl çəkmək uğrunda mübarizəni gücləndirdiyi bir zamanda İndoneziyada siqaret çəkən uşaqların sayı getdikcə artır.  Rəsmi məlumatlara görə bu ölkədə 20 milyona yaxın 10 yaşına çatmamış uşaq siqaret tüstülədir. Yəni, uşaqlar ibtidai sinifdə oxumağa başlayanda artıq siqaret aludəçisi olurlar. Ən acınacaqlısı isə odur ki, siqaret firmaları öz məhsullarının reklamında da azyaşlılardan istifadə edirlər. 

Müsəlman ölkəsi sayılan İndoneziyanın əsas gəlirləri neft ixracından əldə edilir. 300 milyonluq ölkə əhalisinin 80 faizi islam dininə, qalan 20 faizi isə buddizm, animizm və xristianlığa etiqad edir. 

İndoneziyalıların siqaret aludəçiliyini ölkədə tütünçülüyün geniş yayılması ilə bağlayırlar. Bu ölkə dünyada siqaret istehsalı üzrə 5-ci yerdə qərar tutur. 

Ölkədə, xüsusilə 5-12 yaş arasında olan uşaqların siqaret reklamlarına çəkilməsi, azyaşlıların tütün məhsullarının təbliğatında istifadə edilməsi rəsmən qadağan edilməyib. Ümumdünya Səhiyyə Təşkilatının İndoneziya hökumətinə   dəfələrlə xəbərdarlıq və tövsiyələr etməsinə baxmayaraq, ölkə rəhbərliyi bu sahədə ciddi tədbirlər görməyə tələsmir. 
İş ondadır ki, uşaqların reklam etdiyi tütün məhsulları digərlərinə nisbətdə daha çox satılır və il ərzində tütün mafiyasına milyonlarla dollar qazanc gətirir. 

Siqaret firmaları tütün aludəçiliyi olan uşaqları işə götürür, müxtəlif şou və lotereya oyunları təşkil edərək, valideynləri və uşaqları tütün biznesinə cəlb edirlər. 

Tütün məmulatları məktəblərin yaxınığındakı köşklərdə açıq satılır. Məktəblilər dərsə gedərkən və dərsdən çıxarkən siqaret tüstülədirlər. 

Bəzi uşaqlar hətta məktəb avtobuslarında da siqaret çəkirlər. Siqaret çəkmək nəqliyyat vasitələrində rəsmi olaraq qadağan olunsa da, demək olar ki, heç kim buna nəzarət etmir və uşaqlara irad bildirən də olmur. 

Fermerlər azyaşlı uşaqları tütün plantasiyalarında işlətməkdən çəkinmirlər. Siqaret çəkən, tütün yığan  uşaqlarda ürəkbulanmasına, huşun itirilməsinə, tənəffüs orqanlarının probleminə və xərçəng xəstəliyinə tez-tez rast gəlinir. 

Ölkənin internet məkanında tez-tez bu məzmunda  reklamlar səslənir: “Yusuf Hadi 4 yaşında siqaret çəkməyə başlayıb. O, gündə iki qutuya qədər siqaret çəkə bilir”. 

Yaxud: “Məhəmməd 5 yaşından siqaretə başlayıb,  valideynləri ona siqaret almayanda çox əsəbi olur”. 
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 Oktyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri