Bu ölkədə baş verən təbii fəlakət Bakıda da yaşana bilər Xəbərdarlıq
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Dubayda güclü leysan və ildırımlı yağışlar nəticəsində şəhərdə su basqınları baş verib və hava nəqliyyatında ciddi çətinliklər yaranıb. Bu səbəbdən 200-dən çox reys dayandırılıb. Hadisə göstərir ki, ekstremal hava şəraiti bölgələr üçün nə qədər ciddi təsir yarada bilər.
Bu cür güclü leysanların Azərbaycanda da baş verməsi gözlənilirmi və belə hallara qarşı hansı qabaqlayıcı tədbirlər görülə bilər?
Globalinfo.az-a danışan ekoloq Arzu Mustafayevin sözlərinə görə, bu tip atmosfer hadisələri demək olar ki, hər yerdə müşahidə oluna bilər.
O bildirib ki, hər ekstremal hadisəni birbaşa qlobal iqlim dəyişiklikləri ilə əlaqələndirmək düzgün deyil:
“Məsələn, Azərbaycanda da olur ki, müəyyən bölgələrdə aylıq normadan iki-üç dəfə artıq yağıntı qısa müddət ərzində yığılır. Bu, həmin bölgələr üçün xarakterik olmayan yağıntı formalaşdırır və xüsusilə infrastruktur baxımından problemlər yarada bilir. Nəticədə sel, daşqın, torpaq sürüşməsi kimi təbii fəsadlar meydana gələ bilər. Hazırda insan övladı hələ bu tip yağışları tam idarə edə biləcək səviyyədə deyil. Bu, yalnız Azərbaycan üçün deyil, inkişaf etmiş ölkələr üçün də keçərlidir. Ekstremal hava hadisələrini tam ziyan vermədən idarə etmək hər zaman mümkün olmur”.
Arzu Mustafayev
Ekoloqun fikrincə, Azərbaycanda əsas problemlərdən biri şəhər infrastrukturunun yetərli olmamasıdır:
“Yağış ötürücü kollektorların olmaması, mövcudların vaxtında təmizlənməməsi və ötürücülük gücünün kifayət qədər olmaması ciddi fəsadlar yarada bilər. Xüsusilə tullantı sularının idarə olunmasında problemlər müşahidə olunur. Rayonlarda, dağlıq ərazilərində isə sellər, daşqınlar və torpaq sürüşmələri həm şəhərlərə, həm də kənd təsərrüfatı torpaqlarına ziyan vura bilər. Bol yağıntı belə problemləri üzə çıxarmış olur”.
Arzu Mustavayev onu da qeyd edib ki, profilaktik tədbirlər çox vacibdir:
“Su axarlarını, yağış kollektorlarını təmiz və saz vəziyyətdə saxlamaq, ötürücü gücü optimal səviyyədə təmin etmək lazımdır. Dağlıq bölgələrdə isə bəndləri möhkəmləndirmək və su toplayıcı qurğuları quraşdırmaq minimal ziyanla belə ekstremal hadisələrin öhdəsindən gəlməyə imkan verir”.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 20 Dekabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















