Icma.az
close
up
RU
Bu ölkədə benzin 3 dəfə bahalaşıb 7,5 qəpik olacaq YENİ QƏRAR

Bu ölkədə benzin 3 dəfə bahalaşıb 7,5 qəpik olacaq YENİ QƏRAR

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

İran hökuməti uzun müddətdən bəri müzakirə olunan yanacaq qiymətləri ilə bağlı yeni qərarını açıqlayıb.

Avtosfer.az biznes və maliyyə xəbərləri portalı xarici mətbuata istinadən xəbər verir ki, İran Nazirlər Kabinetinin qərarı ilə benzinin indiki qiymətlərə əlavə olaraq yeni maksimum qiyməti müəyyən edilib. Yeni qərara əsasən benzinin yeni maksimal qiyməti 1 litr üçün 50 min riel və ya 0,044 sent (dolların qara bazardakı məzənnəsinə əsasən) təşkil edir. Məlumat üçün bildirək ki, bu məbləğ – Azərbaycan manatı ilə təxminən 7,5 qəpik deməkdir

Yeni qərardan sonra İranda benzinin 3 fərqli qiyməti formalaşıb.

Belə ki, qaydaya görə, ayda ilk 60 litr benzin alanlar üçün qiymət 1 litr üçün 15 min rial və ya 0,013 dollar (2,2 qəpik) təşkil edir. Ay ərzində bundan artıq alınan 100 litr benzin üçün qiymət 1 litrə 30 min rial və ya 0,026 dollar (4.5 qəpik) təşkil edəcək. Ay ərzində bundan artıq benzin alanlar üçün isə benzinin maksimum qiyməti tətbiq ediləcək, yəni 50 min rial və ya 0,05 dollar (7,5 qəpik).

Bundan başqa, hökumətin yeni qərarına görə, dövlət müəssisələrinə məxsus olan avtomobillər, xarici avıtomobillər və yeni alınmış avtomobillərə subsidiya tətbiq edilməyəcək, yəni onlar benzini «ən bahalı» qiymətlə, yəni litri 50 min rial və ya 0,045 dollara almalı olacaqlar.

Qeyd edək ki, İranda benzinin bahalaşması yanacaq qaçaqmalçılığına qarşı mübarizə fonunda baş verir. Məsələ bundadır ki, İranda benzinin belə ucuz olması bu ölkədən benzin qaçaqmalçılığına səbəb olub. Bəzi qruplar İrandan benzini ucuz alıb qonşu ölkələrdə, o cümlədən Azərbaycanda baha qiymətə satırlar. Təqribi hesablamalara əsasən hər gün İrandan qaçaqmalçılıq yolu ilə 30 milyon litrdən çox benzin və dizel xaricə daşınır. İran hökuməti bu prosedən illə milyardlarla dollar itirir.

Qaçaqmalçılığa qarşı mübarizəni gücləndirmək üçün İran hökuməti bu işlə məşğul olanlara sərt cəzalar tətbiq edib. Belə ki, sonuncu dəfə aşkar edilən qaçaqmalçılara rekord məbləğdə – 110 trilyon rial və ya 100 milyon dollar cərimə kəsilib.

Hökumətin yeni qərarına görə, benzinin qiymətinə hər 3 aydan bir baxılacaq. Hökumət bunu neft ayırma zavodlarındakı qiymətlərlə tutuşduracaq və ehtiyac olarsa qiymətləri yenidən dəyişəcək. Qeyd edək ki, benzinin yeni qiyməti (1 litr üçün 50 min rial) İran hökumətinin idxala çəkdiyiq xərcin cəmi 10%-i edir, qiymətin qalan 90%-ni hökumət subsidiya edir./fed.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 Noyabr 2025 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri