Bu ölkədə diplomsuzların vacib mövzularda danışması qadağan edildi
Icma.az bildirir, Olke.az portalına istinadən.
Çində universitet dilomu olmayan şəxslərin sosial şəbəkələrdə vacib mövzularda danışması qadağan edilib.
Ölkə.Az “economic times”a istinadla xəbər verir ki, yeni qaydada deyilir ki, əgər influnserlər maliyyə, səhiyyə, tibb, hüquq və ya təhsil kimi ciddi mövzuları müzakirə etmək istəyirsə, bu sahədə təhsili olmasına dair sənəd təqdim etməlidir.
İnflunserlər sözügedən ciddi mövzularda material yayımlamaq istəyirsə, həmin sahələrdə universitet dərəcəsi, lisenziyası və ya sertifikadı olmalı, ya da sahə üzrə təlimə getmiş olmalıdırlar.
Bu qaydalar Çində “Douyin” (TikTok-un Çin versiyası), “Weibo” və “Bilibili” kimi əsas platformalardakı influnserlərə şamil edilir.
Hətta sözügedən sosial şəbəkə platformalarından influnserlərin müvafiq sənədlərinin olub-olmadığını yoxlamaq, paylaşımlarda müvafiq istinadlar və rədd cavablarının qeyd edilməsini təmin etmək tələb olunur.
Sosial şəbəkələrdə paylaşım edən şəxslər bunun süni intellekt tərəfindən yaradılıb-yaradılmadığını vurğulamalı, materialda hər hansı bir istinad olub-olmadığını aydın şəkildə qeyd etməlidirlər.
Həmçinin tibbi məhsulların, əlavələrin və sağlam qidaların reklamı qadağan edilib. Burada məqsəd “öyrədici məzmun” adı altında məhsulların gizli reklam edilməsinin qarşısını almaqdır.
Sosial şəbəkələrlə bağlı yeni qaydalar Çində birmənalı qarşılanmayıb. Bunun bəzi azadlıqları məhdudlaşdırdığını düşünənlər olsa da, qərarı müsbət qarşılayanlar da var.
Billurə Yunus
Baxış sayı:48
Bu xəbər 13 Noyabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















