Icma.az
close
up
RU
Bu ölkədə doğum sayı son 3 min ildə ən aşağı göstəriciyə düşüb MARAQLI

Bu ölkədə doğum sayı son 3 min ildə ən aşağı göstəriciyə düşüb MARAQLI

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yunanıstanda demoqrafik böhran dərinləşib.

Lent.az rəsmi statistikaya əsasən xəbər verir ki, 2025-ci ilin yanvar-aprel aylarında Yunanıstanda keçən ilin eyni dövrü ilə müqayisədə doğulan uşaqların sayı 23 358-dən 21 114-ə qədər azalıb (-9,61%). Analoji dövr ərzində ölənlərin sayı 43 512-dən 44 459-a (+2,18%) qədər artıb. 2025-ci ilin ilk 4 ayında təbii azalma əvvəlki illə müqayisədə 3190 nəfər artaraq 23,345 nəfər təşkil edib.

Yunanıstanın əhalisinin 2070-ci ilə qədər 25% azalacağı proqnozlaşdırılır ki, bu da Avropa İttifaqının ümumi azalma göstəricisindən 21% çoxdur. Təkcə 2024-ci ildə ölkədə 70 000-dən az doğum qeydə alınıb. Bu, son 120 ildə ən aşağı doğum göstərici olub. göstəricisidir. Eyni zamanda, ölüm halları da eyni dövrdə 2 dəfə artıb. Təsadüfi deyil ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis “demoqrafik çöküş sözün əsl mənasında gələcəyimiz üçün ekzistensial problemə çevrilir”, - deyə açıqlama verib.

Hazırda faktiki olaraq ölkədə 10 milyondan az insan yaşayır. Əhali sayının azalmasında əsas səbəblərdən biri olaraq əvvəlki iqtisadi böhranlar zamanı yarım milyona yaxın yunanın, xüsusən də əhalinin gənc və savadlı təbəqələrinin ölkəni tərk etməsinə səbəb göstərilir. Ölkədə qalanlar yüksək işsizlik və aşağı əmək haqqı ilə səciyyələnən əmək bazarının yenidən qurulması ilə bağlı çətinliklərlə üzləşməkdə davam edir ki, bu da sabit karyera və ailə həyatı qurmağı daha da çətinləşdirir.

Yunanıstan iqtisadçısı Nikos Vettas Yunanıstanın pensiya sisteminə və səhiyyəsinə əlavə təzyiq göstərən bu demoqrafik dəyişikliyin iqtisadi nəticələrini vurğulayır: "Əsas problem odur ki, bizdə daha az insan işləyəcək. İndi isə həmin azsaylı insanlar çoxlu sayda yaşlı insanı dəstəkləməli olacaqlar". Lakin Vettas əlavə edir ki, problemi aradan qaldırmaq üçün bir sıra tədbirlər görülə bilər: "Ölkədə məhsuldarlığı artırmalısınız. Texnologiyanı tətbiq etməlisiniz. Xüsusilə yüksək məhsuldarlıqlı işlərə immiqrasiyanı təşviq etməlisiniz".

Problemin aktuallığını dərk edərək, 2023-cü ildə Yunanıstan hökuməti demoqrafik problemin həllinə xüsusi həsr olunmuş ilk nazirlik yaratdı. Sofiya Zaçarakinin rəhbərlik etdiyi nazirlik daha yüksək doğum səviyyəsini stimullaşdırmaq ümidi ilə vergi güzəştləri və yeni doğulmuş uşaqlar üçün artan dövlət müavinətləri də daxil olmaqla bir sıra tədbirlər həyata keçirib.

Zakaraki bu tədbirlərin təkbaşına problemi həll etməyəcəyini etiraf etsə də, bunun “Yunanıstanın üzləşdiyi ən ciddi təhlükənin” qarşısını almaq üçün düzgün istiqamətdə atılmış addım olduğunu vurğulayır.

Eskpertlər qeyd edir ki, əgər demoqrafik tendensiyalar bu şəkildə davam edərsə, 2025-ci ilin sonuna qədər doğum əmsalı bir qadına 1,24-dən 1,15 uşağa düşəcək  və bu tarixdə ən aşağı göstərici olacaq. Doğulan uşaqların sayının 2025-ci il üçün 63 min civarında olacaq. Ekspertlər və tarixçilər bu göstəricinin e.ə II minillikdən bəri ən minimal doğum sayı olduğunu bildirib. Müqayisə üçün qeyd edək ki, 77 il əvvəl, 1948-ci ildə ölkədə indiki rəqəmlərdən 3,34 dəfə çox olmaqla 210 min uşaq doğulmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 May 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri