Bu ölkədə elektrik enerjisinə məhdudiyyət qoyuldu
Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
Yaxın Şərqdə şiddətlənən münaqişə qlobal neft qiymətlərini rekord həddə çatdırıb.
Banco.az xəbər verir ki, bu da bir çox ölkədə enerji və büdcə böhranına səbəb oldu. Seneqal, Cənubi Sudan, Zimbabve və Efiopiya kimi ölkələr qənaət tədbirləri tətbiq ediblər.
Seneqalın Baş naziri artan xərclər qarşısında dövlət xərclərini nəzarətdə saxlamaq məqsədilə nazirlərin bütün vacib olmayan xarici səfərlərinə qadağa qoyulduğunu deyib.
Planlaşdırdığı səfərləri də ləğv edən Sonko, vətəndaşlarını dünya miqyasında çətin iqtisadi şərtlər qarşısında dözümlü olmağa çağırıb. Enerji böhranından əziyyət çəkən digər bir ölkə olan Cənubi Sudanda paytaxt Cubada elektrik enerjisi istehlakı məhdudlaşdırılıb, Efiopiyada isə yanacaq çatışmazlığı ictimai xidmətlərin fəaliyyətini dayandırıb. Bəzi dövlət qurumlarının işçilərini məcburi məzuniyyətə göndərdiyi Efiopiyada nəqliyyat və istehsal xətlərində ciddi fasilələr var. Zimbabve böhranla mübarizə aparmaq üçün alternativ üsullara əl ataraq, yanacaq xərclərini azaltmaq üçün neftdəki etanol miqdarını artırmaq qərarına gəlib. Bölgədəki mədən və enerji nazirliklərinin yaxın günlərdə əlavə məhdudlaşdırıcı paketlər elan etməsi gözlənilsə də, ekspertlər Yaxın Şərqdəki davam edən qeyri-sabitliyin Afrika iqtisadiyyatlarında enerji təchizatı təhlükəsizliyini daha da böyük risk altına qoyacağı barədə xəbərdarlıq ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 06 Aprel 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















