Bu ölkədə futbolçular oyundan əvvəl araq içirlər
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Real Madrid”in tərkibində İspaniya çempionu olan Royston Drenthe Rusiyada futbolçuların və məşqçilərin oyunlardan əvvəl bəzən güclü spirtli içkilər içdiyini deyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, 2012/13 mövsümündə Vladiqafqazın “Alaniya” klubunda çıxış edən hollandiyalı yarımmüdafiəçi komanda yoldaşlarının oyundan əvvəl paltardəyişmə otağında araq içməkdən çəkinmədiyini bildirib.
“Komanda yoldaşlarım arağı çox sevirdi, hətta məşqçinin də xoşuna gəlirdi. Oyunlardan əvvəl bir stəkan içirdilər. Amma məsələn, bir stəkan araq əvəzinə bir az viskiyə üstünlük verirdim. Oyundan əvvəl orada içki içmək normaldı. Məsələn, Türkiyədə oyundan sonra duşda siqaret çəkmək normal hesab olunurdu”.
Drenthe 2012/13 mövsümünün ikinci hissəsində "Alaniya"da çıxış edib. Futbolçu Osetiya klubunda altı oyun keçirib və üç qol vurub. Həmin mövsüm "Alaniya"nın baş məşqçisi Valeri Qazzayev idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 28 Fevral 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















