Icma.az
close
up
RU
Bu ölkədə hər saatda 1 nəfər öldürülür

Bu ölkədə hər saatda 1 nəfər öldürülür

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son 10 il ərzində kokain Cənubi Amerikanın ən sabit ölkələrindən biri - daha təhlükəsiz küçələri və bir çox qonşularına nisbətən daha yüksək həyat səviyyəsinə malik olan Ekvadoru qitənin ən təhlükəli ölkəsinə çevirib.

Milli.Az cinayətkarlığın və narkotik ticarətinin tuğyan etdiyi Ekvadordakı durumla bağlı yazısını təqdim edir.

Ekvador iki böyük kokain istehsalçısı - Kolumbiya və Peru arasında yerləşməsinə baxmayaraq, uzun illər nisbətən sakit ölkə hesab olunurdu. Amma son illərdə bu ölkədə də narkomafiya qrupları güclənib. Bura həm yerli cinayətkar dəstələr,  həm də kolumbiyalı, perulu və alban mənşəli qruplaşmalar daxildir.

Təkcə ötən il burada 8 mindən çox qətl hadisəsi qeydə alınıb. Öldürülənlərin siyahısı və sosial statusu da fərqlidir. 2023-cü ildən bəri güllələnən və ya öldürülənlər arasında 10 voleybolçu, 9 balıqçı, 6 mer, 5 əcnəbi turist, 2 prokuror, prezidentliyə namizədlər və bir siyasi partiya lideri var.

Narkokartellər Ekvadoru kokain ticarətinin əsas qlobal mərkəzi olan "narko-dövlətə" çeviriblər.  Bütün dünya bu iddianın doğruluğunu 2024-cü il yanvarın 8-də şahidlik etdi. Həmin gün maskalı silahlı şəxslər Ekvadorun TC Televisión televiziya şirkətinin binasına daxil olaraq teleaparıcıları və jurnalistləri canlı efirdə girov götürdü. İki ay əvvəl vəzifələrinin icrasına başlayan 36 yaşlı ölkə başçısı Daniel Noboa elə həmin gün ölkədə 60 gün müddətinə komendant saatı tətbiq edir və narkokartellərlə müharibəyə başlayır. Qanqster qrupları buna cavab olaraq dövlətə qiyam qaldıraraq ölkənin müxtəlif həbsxanalarında bir neçə dəfə iğtişaşlar törədir, ictimai yerlərdə partlayışlar təşkil edir, həbsxana mühafizəçiləri və həbsxana administrasiyalarının nümayəndələrini girov götürürdülər. Yerli mətbuatın məlumatına görə, hücum edənlərdən bəzilərinin yaşı 16-dan aşağı olub.

Vəziyyət o qədər kritik həddə çatıb ki, sənaye şəhəri Duranda orta hesabla hər 19 saatda 1 nəfər öldürülür. Dünyada yetişən bananların 10%-ni təmin edən El Oroda vilayətinin limanları, meyvələrinin daşınması üçün istifadə edilən infrastruktur nəhəng qaçaqmalçılıq cəbhəsinə çevrilib.

Mokaçe şəhərində isə din xadimlərinə qanqsterləri axirətdə qorunmağı təmin etmək üçün pulemyot və digər silahlarla basdırmaq tapşırılıb. Dəhşətli cinayətlərdən biri isə Ekvadorun əsas limanı olan Quayakilin kasıb bölgəsi sayılan San-Fransisko səmtində baş verib. Qanqsterlər tərəfindən uşaqların polisə məlumat vermələrinin qarşısını almaq üçün onların dillərinin kəsilməsi ilə bağlı xəbər təsdiqini tapıb.

Bütün bunlarından fonunda 2022-ci ilə qədər peyk şəkilləri göstərib ki, Kolumbiyanın kokain plantasiyalarının yarısı cənuba - Ekvadorla sərhəd bölgələrə köçürülüb.

Təsadüfi deyil ki, əsas beynəlxalq resurslarda Ekvadorun paytaxtı Kito şəhəri dünyanın ən təhlükəli şəhərləri sırasında yer alıb.

Dövlət mütəşəkkil cinayətkar dəstələrlə müharibə elan etsə də, Ekvadorun bu mübarizədən qalib ayrılması perspektivi dumanlı görünür. /Lent.az

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:255
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Dekabr 2024 03:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri