Bu ölkədə körpələr narkotik aludəçisi kimi doğulur Şok statistika
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Şotlandiyada 2017-ci ildən bəri 1501 körpənin narkotik aludəçisi olaraq doğulduğu açıqlanıb.
Ölkə.az xarici mediaya istinadla xəbər verir ki, bu vəziyyətə səbəb anaların hamiləlik dövründə qanuni və qeyri-qanuni dərman istifadəsi ilə əlaqələndirilir. Şotlandiya Liberal Demokrat Partiyasının məlumat azadlığı çərçivəsində əldə etdiyi statistikaya əsasən, bu körpələr Neonatal Abstinence Sindromu (NAS) ilə doğulurlar, hansı ki, onlarda titrəyişlər, hiperaktivlik, dəri səpgiləri və yüksək səslə ağlamalar kimi simptomlar müşahidə edilir.
Paytaxt Edinburqun da daxil olduğu Lothian bölgəsində 774 körpə, Qlazqo və Klayd bölgəsində 221 körpə, Aberdinin də daxil olduğu Qrampiyan bölgəsində isə 209 körpə narkotik aludəçisi olaraq doğulub.
Şotlandiya Liberal Demokrat Partiyasının lideri Aleks Koul-Hamilton körpənin narkotik asılılığı ilə həyata başlamasının son dərəcə mənfi bir vəziyyət olduğunu bildirib və narkomaniya xidmətlərinə daha çox dəstək verilməsinin vacibliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 06 Yanvar 2025 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















