Bu ölkədə Messinin heykəlini sökdülər
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Səkkizqat “Qızıl top” və Dünya Kubokunun sahibi Lionel Messinin Hindistanın Kalkutta şəhərindəki heykəli götürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Asian News International” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, əlində Dünya Kuboku ilə təsvir olunan heykəl futbolçunun dekabr ayında Hindistana səfəri zamanı açılıb. Lakin yerli hakimiyyət orqanları 21 metrlik konstruksiyanın güclü küləklərə qarşı davamsız olması ilə bağlı şikayətlərdən sonra onu sökmək qərarına gəlib.
Qeyd edək ki, 38 yaşlı Messi 2023-cü ildən bəri ABŞ-nin “İnter Mayami” komandasında oynayır. Avropada argentinalı futbolçu PSJ və “Barselona” komandalarında çıxış edib və orada dörd dəfə Çempionlar Liqasını, üç dəfə UEFA Super Kubokunu və üç dəfə FİFA Klublararası Dünya Kubokunu qazanıb.
Hücumçu həmçinin, bir dəfə Dünya Kuboku (2022), bir dəfə Olimpiya (2008) və iki dəfə Amerika Kubokunun qalibidir (2021, 2024).
Bu mövzuda digər xəbərlər:Messinin heykəlini ikiyə böldülər Fotolar
01 Dekabr 2025 16:14
Messinin kumiri bu futbolçu imiş
29 Oktyabr 2025 09:44
Messinin qonaqlığı
19 Dekabr 2024 10:19
Bakıda sərgilənən lüt qadın heykəlini sökdülər VİDEO
10 Noyabr 2024 15:06
Messinin göstəricisini təkrarlayan bu hücumçu kimdir?
06 Noyabr 2024 14:47
Baxış sayı:41
Bu xəbər 02 İyun 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















