Bu ölkədə sunami təhlükəsi elan edildi: Bütün limanlar bağlandı
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Peru hakimiyyəti Kamçatkada qeydə alınan güclü zəlzələdən sonra sunami təhlükəsinə görə ölkə üzrə bütün liman və çimərlikləri bağlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Latın Amerikası ölkəsinin Prezident administrasiyası məlumat yayıb.
“Yerli hakimiyyət orqanları ilə razılaşdırılaraq limanlar və çimərliklərə giriş bağlanır”, – rəsmi açıqlamada bildirilib.
Prezident administrasiyası vətəndaşlara çağırış edərək sahilyanı ərazilərdən uzaq durmağı tövsiyə edib. Bildirilib ki, tədbirlər ölkə sahilləri boyunca yerləşən 65 limanı əhatə edir.
Qeyd edək ki, bu qərar Kamçatkada baş verən və maqnitudası 8,7 olan güclü zəlzələdən sonra qəbul edilib. Zəlzələ iyulun 30-da, yerli vaxtla saat 11:24-də (Moskva vaxtı ilə 02:24) qeydə alınıb. Zəlzələnin episentri 32 kilometr dərinlikdə yerləşib. Bu, 1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələ kimi qiymətləndirilir. Hadisədən sonra 4 metrə çatan sunami dalğaları müşahidə olunub.
Tahir Turan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 30 İyul 2025 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















