Bu ölkədə Telegram qəbul imtahanlarına görə bloklandı
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hindistanda tibb sahəsi üzrə qəbul imtahanının yenidən keçirilməsi ilə əlaqədar "Telegram" mesencerinin fəaliyyəti iyunun 22-dək məhdudlaşdırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin Təhsil Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, bu qərarın qəbul edilməsinə səbəb imtahan suallarının əvvəlcədən mesencer üzərindən sızdırılması olub. Söhbət tibb universitetlərinə qəbul üçün keçirilən Milli İxtisas Qəbul Testindən (NEET) gedir.
Qeyd olunur ki, sözügedən imtahan may ayında keçirilməli idi. Lakin "Telegram"da baş verən məlumat sızıntısı səbəbindən proses ləğv edilmişdi.
Hazırda hökumət tərəfindən imtahanın iyunun 21-də yenidən keçirilməsi planlaşdırılır. Bu məqsədlə "Telegram"ın fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Baxış sayı:164
Bu xəbər 16 İyun 2026 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















