Bu ölkədə yaşı 100 dən çox olanların sayı 100 minə çatır Əksəriyyəti qadınlardır
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Yaponiyada yaşı 100 və daha çox olan insanların sayı 100 min nəfərə yaxınlaşır.
“Qafqazinfo” “The Japan Times” nəşrinə istinadən xəbər verir ki, son hesablamalara görə, ölkədə bu yaş həddini ötən 99,763 nəfər yaşayır.
Bildirilir ki, bu göstərici əvvəlki illə müqayisədə 4644 nəfər çoxdur. Ümumilikdə isə uzunömürlülüyü ilə seçilən Yaponiyada həmin göstərici ardıcıl 55 ildir ki, artmaqdadır.
Mütəxəssislər bu qeyri-adi tendensiyanı sağlam qidalanma, səhiyyənin əlçatanlığı, aktiv həyat tərzi və insanların qocalıqda da rifahını təmin edən güclü icma və sosial dəstək sistemləri ilə əlaqələndirirlər.
100 yaş həddini keçən əhalinin böyük əksəriyyətini - təxminən 88%-ni qadınlar təşkil edir.
Qeyd edək ki, Yaponiya hökuməti 1963-cü ildə etibarən 100 yaş həddini ötən insanların statistikasını aparmağa başlayıb. Həmin vaxt ölkədə 100 yaşı tamam olmuş cəmi 153 nəfər qeydə alınmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 05 Yanvar 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















