Bu ölkədən Putinə sərt xəbərdarlıq: PUA ları dərhal vuracağıq
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rumıniya müdafiə naziri Ionuţ Mosteanu bildirib ki, Rusiyaya məxsus pilotsuz uçuş aparatları ölkənin hava məkanına icazəsiz daxil olarsa, dərhal vurulacaq.
Milli.Az xəbər verir ki, Mosteanu Buxarestdə parlament binasında çıxış edərkən deyib ki, Müdafiə Nazirliyi dünən gecə Ukrayna sərhədi yaxınlığında hərəkət edən bir qrup PUA aşkar edib və vəziyyəti izləmək üçün iki F-16 qırıcısı qaldırılıb. O, əlavə edib ki, dünən gecə hava məkanının pozulmadığını müəyyən ediblər, lakin sərhədlərə yaxın uçuşlar təkrarlanıb.
Nazir jurnalistlərin "əgər bir və ya bir neçəsi Rumıniyanın hava məkanını pozarsa nə edəcəksiniz?" sualına belə cavab verib:
"Mütləq vur əmri veriləcək. Rusiya PUA-ları ölkə hava məkanına icazəsiz daxil olarsa, dərhal vurulacaqlar."
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 22 Oktyabr 2025 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















