“Bu, ölkədən valyutanın çıxmasının qarşısını alır”
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“İndiyədək “Gəncə Cihazqayırma Zavodu"ndan 500 minə yaxın qaz sayğacı və 300-ə yaxın ölçü qovşağıalınıb və tətbiq edilib. İstisnalar var, ancaq ciddi bir problem yaşanmayıb”.
“Qafqazinfo” verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Eldəniz Vəliyev jurnalistlərə açıqlamasında bildirib.
Qurum rəsmisi qeyd edib ki, bu sayğaclar Bakı və Abşeron daxil olmaqla, ölkənin istənilən regionunda tətbiq olunur: “Onlar beynəlxalq standartlara uyğun istehsal edilir. Tələbatın artması nəzərə alınaraq, "Gəncə Cihazqayırma Zavodu"nun istehsal gücünün artırılması gündəmdədir. Bu, eyni zamanda ölkədən xarici valyutanın çıxmasının qarşısını alır. Zavodda xeyli sayda insan çalışır ki, bu da işsizlik probleminin aradan qaldırılmasında prioritet hesab olunur”.
Fidan Etibar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 23 May 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















