Bu ölkədəyə gedən turistlərə ÇAĞIRIŞ: tanışlıq proqramlarından istifadə etməyin SƏBƏB
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ səfirliyi təhlükə barədə xəbərdarlıq edib. Turizm Meksikanın əsas iqtisadi sahələrindən biridir. Lakin son hadisələr bu sahədə bəzi təhlükələrin olduğunu ortaya qoyub.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-ın Meksikadakı səfirliyi öz vətəndaşlarını tanışlıq tətbiqlərindən istifadə edərkən çox diqqətli olmağa çağırıb.
Rəsmi bəyanatda qeyd olunur ki, ABŞ-ın Qvadalaxarada yerləşən Baş Konsulluğu amerikalıların tanışlıq tətbiqləri vasitəsilə tanış olduqları şəxslər tərəfindən oğurlandığı bir neçə hadisəni təsdiqləyib. Bu hadisələr Puerto-Vayarta və Nuevo-Nayarit bölgələrində baş verib. Bəzi hallarda qaçırılan şəxslər və onların ailələrindən böyük məbləğlərdə pul tələb olunub.
Turistlərə aşağıdakı təhlükəsizlik tədbirləri tövsiyə olunur
Tanımadığınız şəxslərlə görüş zamanı yalnız ictimai yerləri seçin, yaşayış binaları və ya otel otaqları kimi izolyasiya olunmuş məkanlardan uzaq durun.
Görüşə getdiyiniz yeri və görüşəcəyiniz şəxsin məlumatlarını mütləq dostlarınıza və ya ailə üzvlərinizə bildirin. Həmçinin tanış olduğunuz tətbiq barədə də məlumat verin. Daxili hisslərinizə etibar edin – əgər vəziyyət sizə narahat və ya şübhəli görünürsə, tərəddüd etmədən görüşdən imtina edin.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 10 İyun 2025 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















