Bu ölkələr İsrail və İrana xəbərdarlıq etdi: Atəşkəsə əməl edin!
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Misirin xarici işlər naziri Bədr Əbdüləti və Fransanın xarici işlər naziri Jan-Noel Barrot İsrail və İran arasında qüvvədə olan atəşkəs razılaşmasına riayət edilməsinin vacib olduğunu bəyan ediblər.
Turkustan.az xəbər verir ki, Misir Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Əbdüləti və Fransa xarici işlər naziri Barrot arasında telefon danışığı olub.
Görüşdə regional hadisələr, xüsusilə Qəzza zolağındakı vəziyyət, iki ölkə arasında əlaqələrin gücləndirilməsi yolları və Fələstinin tanınması məsələsi müzakirə olunub.
Tərəflər İran və İsrailin atəşkəsə tam əməl etməsinin, gərginliyin azaldılması üçün konkret və praktiki addımların atılmasının, siyasi və diplomatik həll yollarının açılmasının vacibliyi barədə razılığa gəliblər.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 27 İyun 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















