Bu ölkələr qapılarını Türkiyəyə tamamilə BAĞLAYIR
Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa İttifaqı (Aİ) ölkələri Türkiyə vətəndaşları üçün yeni məhdudiyyət tətbiq etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, son illər Avropa İttifaqı tərəfindən viza siyasətində köklü dəyişikliklər edilib.
Bu çərçivədə Türkiyə vətəndaşlarının da Bolqarıstan vasitəsilə etdiyi müraciətlər üçün yeni məhdudiyyətlərin tətbiqinə hazırlıq gedir. Komissiyanın keçirdiyi ilin son iclasında müəyyən edilən xəritədə səyahət sərhədləri aydın xətlərlə çəkilib, Ankara isə bu sərhədlərdən kənara çıxarılıb.
İclasın əsas gündəm məsələlərindən biri də son illərdə Balkan ölkələrinə artan qeyri-qanuni miqrasiyanın qarşısının alınması olub. Bolqarıstanın Türkiyə ilə sərhədini qorumaq üçün əlavə tədbirlər görməsinə də qərar verilib.
Onu da qeyd edək ki, Aİ-nin üzvü olmasına baxmayaraq, indiyədək Bolqarıstan və Rumıniya üçün viza nəzarəti tətbiq edilirdi. 2025-ci ildən etibarən bu iki ölkənin vətəndaşlarına sərbəst hərəkət hüququ veriləcək.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 03 Dekabr 2024 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















