Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Sumqayıt ın Antalya toplanışı

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Bu ölkələrdə yeniyetmələrin sosial mediadan istifadəsinə qadağalar var ARAŞDIRMA

Bu ölkələrdə yeniyetmələrin sosial mediadan istifadəsinə qadağalar var ARAŞDIRMA

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son zamanlar bir sıra ölkələrdə yeniyetmələr və uşaqaların müxtəlif texnologiyalardan istifadəsi məhdudlaşdırılır. 

Ölkələr sosial medianın geniş istifadəsi nəticəsində internetdə nəzarətsiz vaxt keçirdikləri üçün uşaq və gənclərə məhdudiyyətlər qoymağa davam edir.

“Cebheinfo.az” xəbər verir ki, Avstriyada mayın 1-dən etibarən ibtidai və orta məktəblərdə mobil telefonu və “ağıllı” saat kimi rəqəmsal cihazların istifadəsinə icazə verilməyəcəyi açıqlanmasından sonra bu mövzuda məhdudiyyətlər yenidən gündəmə gəlib. 

Əhalinin əksəriyyətinin, xüsusilə də uşaqların və gənclərin ekran qarşısında keçirdikləri uzun saatlar manipulyasiya, rəqəmsal zorakılıq, dezinformasiya, nifrət, ədəbsiz məzmun, şəxsi həyatın toxunulmazlığına müdaxilə, fırıldaqçılıq və kibertəhlükəsizliyə dair narahatlıqları artırıb, ölkələri müxtəlif səbəblərdən smartfon (“ağıllı” telefon) və sosial media platformalarına tənzimləmələr, məhdudiyyətlər və qadağalar qoymağa məcbur edib.

Tədqiqatlar göstərir ki, sosial media və smartfonlardan həddindən artıq istifadə uşaqlarda narahatlıq, diqqət çatışmazlığı hiperaktivliyi pozuqluğu və depressiya kimi psixi sağlamlıq pozğunluqlarının artmasına, həmçinin pis duruş və piylənmə kimi fiziki sağlamlıq problemlərinə səbəb olur.

*Avrozona

Avropanın bir çox ölkəsində müəyyən yaşda olan uşaqların sosial media hesablarından istifadə etmələri üçün valideynlərin razılığını tələb edən qanunlar var. Avstriyada mayın 1-də qüvvəyə minəcək yeni tənzimləmə ilə ibtidai və orta məktəblərdə mobil telefonu və “ağıllı” saat kimi rəqəmsal cihazların istifadəsinə icazə verilməyəcəyi açıqlanıb.

Qaydaya əsasən, şagirdlər məktəbdə olarkən bu rəqəmsal cihazlardan istifadə edə bilməyəcək və qısa müddət ərzində ailələri ilə əlaqə saxlamağa icazə veriləcək. Müəllimlər nizamnaməyə əməl etməyən uşaqların telefonlarını müvəqqəti olaraq müsadirə edə biləcəklər, qayda pozuntusu yenidən baş verərsə, müsadirə olunan mobil telefonlar yalnız valideynlərə qaytarılacaq.

Fransa 2023-cü ildə 15 yaşından kiçik uşaqlar üçün sosial media hesabları yaratmaq üçün valideynlərin razılığını tələb edən qanun qəbul edib. Prezident Emmanuel Makronun sədrlik etdiyi komissiya 2024-cü ilin aprel ayından 11 yaşından kiçiklər üçün mobil telefonlar, 13 yaşından kiçiklər üçün isə internetə qoşulan telefonların qadağan edilməsi də daxil olmaqla, daha sərt qaydaların tətbiq edilməsini tövsiyə edib.Almaniyada yaşı 16-dan az olan yetkinlik yaşına çatmayanların sosial mediadan istifadə etməsi üçün valideynin razılığı tələb olunsa da, qeydiyyat zamanı bu razılığın yoxlanıla bilməməsi və ya doğum haqqında yanlış məlumatların verilməsi qaydanın tətbiqini çətinləşdirir.

Ölkədə Hessen əyaləti hökumətinin məktəblərdə şagirdlərin smartfonlardan istifadəsini qadağan etməyi planlaşdırdığı bildirilir. Belçikada 2018-ci ildə tətbiq edilən qanunla valideyn icazəsi ilə sosial media hesabı açmaq üçün minimum yaş həddi 13, İtaliyada isə 14 yaşından kiçiklər üçün sosial media hesabı açmaq üçün valideynlərin icazəsi tələb olunur.

*Amerika

Amerika qitəsinin bəzi ölkələri də sosial medianın uşaqlara göstərə biləcəyi mənfi təsirləri nəzərə alaraq bu mövzuda bəzi tənzimləmələr etməyə qərar veriblər. ABŞ-də Kaliforniya, Florida, İndiana, Luiziana, Minnesota, Ohayo, Cənubi Karolina və Virciniya ştatları məktəblərdə mobil telefona girişi qismən və ya tamamilə qadağan edir. Siyasətlər ştatlar arasında dəyişir. Florida 2023-cü ildə qəbul edilən qanunla dövlət məktəblərində dərs zamanı mobil telefonlardan istifadəni qadağan edən və bu məktəblərdə “Wi-Fi”-dan sosial mediaya girişi bloklayan qanunla məktəblərdə telefonlara məhdudiyyətlər qoyan ilk ştat oldu.

Bu məhdudiyyətlər digər ştatlarda da gündəmdə olsa da, ABŞ-da məktəblərdə tez-tez baş verən atışmalara görə ölkədəki valideynlərin övladlarının telefonlarına girişinə qoyulan məhdudiyyətlərdən narahat olduqları bildirilir. Valideynlər bəzən fövqəladə hallarda övladlarına çata bilmək üçün bu məhdudiyyətlərə müsbət yanaşmırlar.Venesuelada uşaqların sosial mediadan istifadəsinin məhdudlaşdırılması ilə bağlı müzakirələr gedir.

Ölkənin səlahiyyətliləri, üç uşağın ölümündə “TikTok”da "çağırış videoları"nı günahlandırdıqdan sonra şirkətə ehtiyat tədbirləri görməyə çağırıb. 31 dekabr 2024-cü ildə Venesuela Ali Məhkəməsi “TikTok”u bu tədbirləri həyata keçirmədiyinə görə 10 milyon dollar cərimələyib.

Braziliya Konqresi 20 dekabr 2024-cü ildə ibtidai və orta məktəblərdə cib telefonlarından istifadəni qadağan edən tənzimləmə qəbul edib. Qanun fevralın 14-də Prezident Luiz İnasio Lula da Silvanın təsdiqi ilə qüvvəyə minib. Yeni reqlamentə əsasən, məktəblərdə mobil telefonlardan yalnız pedaqoji məqsədlər üçün və müəllimlərin nəzarəti altında istifadə oluna bilər.

*Asiya və Avstraliya

Avstraliya Senatı 2024-cü il noyabrın 28-də 16 yaşından kiçik uşaqların sosial mediaya girişini qadağan edən qanun layihəsini qəbul edib. Dünyada bir ilk olan qanun layihəsi, müvafiq tənzimləmələri etmək üçün sosial media şirkətlərinə verilən 12 aylıq müddətdən sonra qüvvəyə minəcək.

*“Meta” gənclərə də məhdudiyyətlər qoyub

Sosial media platformalarından 16 yaşından kiçik uşaqların bir il ərzində platformalara daxil olmasının qarşısını almaq üçün qaydalar tətbiq etmələri tələb olunacaq. “Facebook”, “TikTok”, “Snapchat”, “Reddit”, “Instagram” və “X” kimi qlobal sosial media platformaları qanuna əməl etmədikdə 33 milyon dollara qədər cərimə ilə üzləşirlər.

Yerli medianın məlumatına görə, İndoneziya Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq üzrə direktoru İmran Pambudi 2 dekabr 2024-cü ildə Avstraliyanın 16 yaşından kiçik uşaqlara sosial media qadağasına toxunaraq, hökumətinin oxşar addımı nəzərdən keçirə biləcəyini söyləyib. Pambudi, ailələrin uşaqların sosial media istifadəsinə nəzarət etməkdən məsul olduğunu söyləyərək, müvafiq qaydanın həyata keçirilməsinin ən azı üç il çəkə biləcəyini deyib.

Hindistanda sosial media platformalarına daxil olmaq üçün heç bir yaş məhdudiyyəti yoxdur. 2023-cü il tarixli Rəqəmsal Fərdi Məlumatların Mühafizəsi Qanununa əsasən, 18 yaşından kiçik uşaqlar şəxsi məlumatlarının işlənməsi üçün "yoxlanılan valideyn razılığı" almalıdırlar. Lakin bu, Hindistanda 18 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmır.

Cənubi Koreya qanunvericiliyində uşaqların sosial mediaya çıxışını məhdudlaşdıran heç bir hüquqi tənzimləmə yoxdur. Bununla belə, Seul hökuməti uşaqların sosial mediadan istifadəsini qadağan etməyi də planlaşdırır. Yerli medianın məlumatına görə, hökumət sosial media hesablarına giriş üçün 14 və ya 16 yaş məhdudiyyəti tətbiq etməyi düşünür.

Nigar 
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Aprel 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see275

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see215

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see183

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see156

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see143

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see135

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see134

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri