Bu ölkələrdən heyvan və quş əti idxalına qadağa qoyuldu
Icma.az bildirir, Milli.az portalına istinadən.
Almaniya Federativ Respublikasının Brandenburq vilayətində və İsrail Dövlətinin Mərkəz dairəsində dabaq, Şotlandiyanın Anqus inzibati ərazi vahidində və Nigeriya Federativ Respublikasının Kano ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Milli.Az bildirir ki, bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) rəsmi məlumatlar daxil olub.
Daxil olan həmin məlumatlar əsasında AQTA tərəfindən adları qeyd olunan ərazilərdən iri və xırdabuynuzlu heyvanların, diri quş və inkubasiya yumurtalarının, quş ətinin və quş emalı məhsullarının ölkəmizə idxalına müvəqqəti məhdudiyyət qoyulub.
Məqsəd qeyd olunan ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorumaqdır.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 16 Yanvar 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















