Icma.az
close
up
RU
Bu ölkələrdən İrana XƏBƏRDARLIQ: Qırmızı xətt i keçdin!

Bu ölkələrdən İrana XƏBƏRDARLIQ: Qırmızı xətt i keçdin!

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

E3 ölkələri kimi tanınan İngiltərə, Almaniya və Fransanın ortaq imzası ilə edilən yazılı açıqlamada, Yaxın Şərqdə bütün ölkələr üçün sülh və sabitliyin tərəfdarı olduqları bildirilib.
Turkustan.az xəbər verir ki, bəyanatda İranı regionda sabitliyi poza biləcək hərəkətlərdən çəkinməyə çağıraraq, E3 ölkələrinin gərginliyi azaltmaq və İsrailin İrana hücumları ilə başlayan münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün diplomatik səylərini davam etdirəcəkləri bildirilib.
Bəyanatda E3 ölkələrinin İsrailin təhlükəsizliyinə sadiq olduqları qeyd edilib və “Biz həmişə aydın olmuşuq ki, İran heç vaxt nüvə silahına sahib ola bilməz və bundan sonra regional təhlükəsizliyə təhdid yarada bilməz”.
Açıqlamada ABŞ-ın İrandakı 3 nüvə obyektinə hücum etdiyi xatırladılıb və aşağıdakı bəyanatlara yer verilib:
"Məqsədimiz İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Biz İranı nüvə proqramı ilə bağlı bütün narahatlıqları aradan qaldıran razılaşma əldə etmək üçün danışıqlara qoşulmağa çağırırıq. Bu məqsədə çatmaq üçün bütün tərəflərlə koordinasiyaya hazırıq".

Almaniyanın xarici işlər naziri Johann Wadephul deyib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq tamamilə qanunidir.
Vadephul ARD televiziyasına verdiyi açıqlamada "İranın nüvə silahı əldə etməsinin qarşısını almaq tamamilə qanunidir" dedi.
Bununla belə, radiasiya sızması təhlükəsi ilə üzləşən nüvə obyektinə birbaşa hücumun qanuniliyi ilə bağlı suala Wadephul aşağıdakı qiymətləndirməni etdi:
"Onlar xüsusi olaraq qorunur. Xoşbəxtlikdən, İrandan və Beynəlxalq Atom Enerjisi Agentliyindən məlumat almışıq ki, indiyədək ölçülə bilən radiasiya sızması olmayıb. Ümid edirik ki, bu vəziyyət davam edəcək. Amma bir daha deyirəm, razılaşmalara əməl etməyən, qaydaları pozan İran olub".

Almaniyanın mövqeyinin “indi danışıqlara ehtiyac var” olduğunu ifadə edən alman nazir İranın bu təcililiyi dərk edəcəyinə ümid etdiyini qeyd edib.
Münaqişələri sülh və kompromis yolu ilə sona çatdırmaq üçün hər cür imkanın olduğunu əsas gətirən Vadeful İranın buna hazır olması lazım olduğunu, lakin belə bir hazırlıq görmədiklərini bildirib.
Birləşmiş Millətlər Təşkilatının İranın uranın zənginləşdirilməsi proqramının ağlabatan mülki istifadədən çox kənara çıxdığını müəyyən etdiyinə işarə edən Vadephul, "Deməli, İranın özü də qırmızı xətti keçib" dedi.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 İyun 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri